HƏR ŞEY / HEÇ NƏ
Onun faydaları çoxdur Tarix : 08 Dekabr 2022, 08:05

Bir qaba bir stəkan bitki yağı töküb içərisinə 2 xörək qaşığı xırdalanmış acı yovşan qurusu əlavə edin.


2-3 saat qaynayan su hamamında (daha iri qabda suyu qaynadıb qarışıq olan qabı onun içinə yerləşdirin) dəmləməyə qoyun. Oddan götürüb ağzı bağlı qaba tökün. 2-3 gün bunu bir neçə dəfə çalxalayıb qarışdırın. Sonra ağrıyan oynaqlara çəkin.

Yuxu qabağı, yəni yatmazdan əvvəl 10-15 dəqiqə masaj etməklə sürtün.

 

Bir həftəyə effektini görəcəksiniz. Əgər köməyi olmasa, proseduru saxlayın. Deməli, sizə yaramır.

Çox müsbət nəticələri olub və çoxlarına kömək edir.

 


Yovşan dəmləməsi bronxial astmaya da faydalıdır.


Yovşan kökünün dəmləməsi orqanizmdə olan qurdlara qarşı da mübarizə vasitəsidir.


Sağlamlığınızı qoruyun.

 

 


Camalə İbrahimova.

qadinkimi.com