HƏR ŞEY / HEÇ NƏ
Yapon müdriklərinin dediklərindən... Tarix : 02 May 2020, 01:00
Yazar : Qadinkimi.com

1. Gülüş olan evə xoşbəxtlik gələr.


2. Həll etmək mümkün olan problem üçün narahat olmaq, həlli mümkün olmayan haqda düşünmək lazım deyil.


3. Qılıncı bircə dəfə çıxarmaq lazım gəlsə də, həmişə yanında olsa yaxşıdır.


4. Dərin çaylar səssiz axır.


5. Öz arzunla çıxdığın yolun çətinlikləri asan görünür.


6. Düşünüb qərar ver, qərar verib düşünmə.


7. Bilmədiyini soruşduğun anda utanırsan, bilmədiyin üçün ömür boyu.


8. Gülümsər üzə ox atmazlar.


9. 10 yaşında möcüzə, 20-də dahi, 30-dan sonra sıradan birisən.


10. Bacarıqsız usta gözəllik yarada bilməz.


11. Çayın və ya yeməyin soyuq olmasına dözmək çətin deyil, soyuq baxış və ya soyuq sözə dözmək çətindir.


12. Şərab içən onun zərərindən, içməyən faydasından xəbərsizdir.

 
 
 
qadinkimi.com