SƏNƏT
Xətai Sənət Mərkəzində növbəti sərgi uşaqlar üçün nəzərdə tutulub Tarix : 31 May 2018, 16:11
Yazar : Qadinkimi.com

İyunun 2-də Xətai Sənət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan rəsm sərgisi açılacaq.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq sərgidə məktəbin 30-dək şagirdinin 80-dən çox rəsm əsərinin nümayişi nəzərdə tutulur.
 
Sərgi çərçivəsində məktəbin şagirdləri tərəfindən konsert proqramı da təqdim olunacaq.
 


Mənbə: azertag.az