BURA / ORA, SƏNƏT
Türkiyəli aktrisa Kann Film Festivalında “Ən yaxşı qadın aktrisa” mükafatını qazandı Tarix : 27 May 2023, 22:39

Aktrisa Merve Dizdar 76-cı Kann Film Festivalında Nuri Bilge Ceylanın çəkdiyi  "Kuru otlar üstüne" filmindəki roluna görə "Ən yaxşı qadın aktrisa” nominasiyasında qalib olub.


Qeyd edək ki, sözügedən film Türkiyənin ucqar kəndlərindən birində xidmətini başa vuran və başqa bir müəllim Nuray (Merve Dizdar) ilə tanış olana qədər buradan getmək ümidini itirən gənc rəsm müəllimi Səməddən (Dəniz Celiloğlu) bəhs edir. 


Aktrisa çıxışı zamanı bu mükafatı Nuray və onun kimi qadınların mücadiləsinə güc verə bilmək üçün və eyni zamanda özünə layiq görülənlərə boyun  əymədən hərəkət edən, bu yolda hər şeyi gözə alan və nə olursa olsun ümid etməkdən vazkeçməyən bütün qadınlara, Türkiyədə gözəl günləri yaşamağı gözləyən bütün mübarizəçi ruhlara hədiyyə etdiyini deyib.


11 dəqiqə ayaq üstə alqışlanan ekran işi izləyənlərə təsirli anlar yaşadıb. Premyerada filmin aktyorları Deniz Celiloğlu, Merve Dizdar, Musab Ekici, Ece Bağcı, Cengiz Bozkurt, Münir Can Cindoruk, Elif Ürse, Erdem Şenocak, Elit Andaç Çam və Nalan Kuruçim də iştirak ediblər. 










qadinkimi.com