BURA / ORA, SƏNƏT
Əməkdar artist Tünzalə Əliyeva vəfat etdi Tarix : 22 Yanvar 2023, 13:20
Yazar : Qadinkimi.com

Azərbaycan Respublikasının Əməkdar artisti, Tünzalə Əliyeva vəfat edib.


Qadinkimi.com xəbər verir ki, hər kəsin "Toppuş bacı” kimi tanıdığı Tünzalə Əliyeva uzun sürən ağır xəstəlikdən sonra 49 yaşında dünyasını dəyişib. 


Bu barədə teatrşünas Anar Bürcəliyev "Facebook” sosial şəbəkəsindəki profilində bildirib. 

 


Qeyd edək ki, Tünzalə Əliyeva 1973-cü ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirən Tünzalə xanım bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Son olaraq isə İrəvan Dövlət Dram Teatrında çalışırdı. 


Aktrisa ATV kanalında nümayiş olunan "Çal-çağır” şousundakı "Toppuş bacı” obrazı ilə məşhurlaşmış və sevilmişdi. Bir çox televiziya verilişlərinin aparıcısı olub, onlarla serial və filmdə rol alıb.


Allah rəhmət eləsin!


qadinkimi.com