BURA / ORA
Süni intellektin cinsiyyətçiliyi: Qadınların yaratdığı alqoritmlər qadınlara qarşı ayrı-seçkilik edir Tarix : 10 Mart 2020, 19:25
Yazar : Qadinkimi.com
19-cu əsrdə ilk kompüter alqoritmini yazan şəxs bir qadın olsa da, süni intellekt qadınlara qarşı ayrı-seçkilik edə bilər.
"İki əsr keçməsinə rəğmən alqoritmlər bizi geriyə doğru itələmə xüsusiyyətinə malikdir" deyir Dublin universitetinin araşdırmaçısı Susan Levy. İrlandiya universiteti süni intellekt alqoritmlərində seksizmin qarşısını almaq üçün bir layihə həyata keçirir.
Levy-nin fikrincə  alqoritmlər, "zəhərli kişiliyi qızışdırıb, cəmiyyətin illərdir verdiyi mübarizəni baltalaya biləcək ölçüdə" böyük ola bilir.
 
Süni zəka, toplanan məlumatlar sayəsində işlək hala gələ bilir. Lakin bu məlumatların qərəzli və ya ayrı-seçkilikçi bir tərəfi olduğunu nəzərə alsaq, texnologiyanın da cinsi ayrı-seçkilik etməsi qaçılmazdır.
 
Kompüterlər və ya əməliyyat sistemi ilə çalışan cihazlarda toplanan məlumatların keçmişi ancaq 10-20 ilə söykənir ki, bu da ön mühakiməli nəticələrə səbəb ola bilir. Gender bərabərliyindən əldə olunan qazanc bu məlumatlarda əks olunmadıqda süni intellektdə istifadə edilən dil və ifadə formaları əslində müddəti bitmiş cinsiyyət nümunələrini qorumaq üçün bir vasitə rolunu oynayır.
 
Məsələn, süni intellektin əksəriyyəti nisbətən yeni sayılan #Metoo hərəkatı və ya Çili feminist hərəkatı Las Tesis-in himnləri ilə hələ də tanış deyil. Buna görə də, süni intellekt məlumatlara söykənir və bu məlumatlar müəyyən bir müddətə əsaslandığı üçün bu gün geridə qalır.
Proqramlaşdırmada ortaya çıxan seksist dil, iş axtarışlarından hava limanlarında təhlükəsizlik yoxlanışlarına qədər gündəlik həyata təsir edə bilər.
 
Proqramlaşdırmanın öncülləri qadınlar
 
1815-1852 ci  illər arasında yaşayan Ada Lovelace kompüterlərin icadından bir əsr əvvəl, ilk proqramçı olaraq adını tarixə yazdırmışdı.
 
İngilis riyaziyyatçı alim həyat yoldaşı Charles Babbagenin tərəfindən hazırlanan kompüter tipli bir maşın üçün alqoritm yazmışdı.
 
Proqramlaşdırmada aparıcı adların  çoxu qadınlardır. İncə detallara diqqət yetirilməsi lazım olan işlərdə qadınlar daha çox uğur qazanır. İkinci Dünya Müharibəsi əsnasında Amerikan ordusunun icra etdiyi gizli bir layihə çərçivəsində, ilk kompüterlərin proqramlaşdıran 6 qadın var idi. Lakin layihə 1946-cı ildə ictimaiyyətə elan edildikdə o qadınların adları gizli saxlanıldı.
 
Elm və texnologiyada kişi hökmranlığı
 
1980-ci illərə qədər proqramlaşdırma sektorunda hakimiyyət kişilərə keçdi. Avropa Statistika İdarəsi Eurostatın məlumatlarına görə bu gün də Avropalı alimlərin və mühəndislərin 59 faizi kişidir.
 
Bu bərabərsizlik fərqində olmadan və qeyri ixtiyari alqoritm dilinə də yerləşdi.
 
"Gender bərabərsizliyi xüsusən süni intellektin öyrənilməsi prosesində böyük bir problemdir" deyir Levy: "Bu, tənqidi nöqteyi-nəzərdən kasad olduğumuzu göstərir".
Bəs kişi proqramçıların sektora gətirdiyi ayrı-seçkilikçiliyi müəyyən edib aradan qaldırmaq mümkündürmü? Levy-nin sözlərinə görə mövzunun mütəxəssisləri cinsiyyət və irq ayrı-seçkiliyi edən alqoritm yazma həvəsində deyil zatən. Ancaq 'niyyət' problemləri həll etmir. Lavy qərəzin, ön mühakimənin süni intellektə yoluxmaması üçün proqramlaşdırma qruplarının bütün seqmentləri əhatə etməsinin vacibliyini vurğulayır.
 
Levy texnologiya şirkətlərinə məhsullarını qadınlar tərəfindən sınamağı da tövsiyə edir.
 
Levy ayrıca texnologiya şirkətlərinə, məhsullarını qadınlar tərəfindən də test edilməsini təklif edir.
 
Alqoritmlər necə ayrı-seçkilik edir?
 
Nyu Yorkdakı AI Now İnstitutundan Joy Lisi Rankin  süni intellekt və alqoritmik texnologiyaların gündəlik həyatımızı hər tərəfdən formalaşdırdığını deyir.
 
Cinsiyyət, irq və süni intellektin gücü ilə bağlı araşdırmalar edən Rankin "Texnologiyanın görünmədiyi və necə işlədiyi aydın olmadığı üçün bu təsirin fərqində deyilik" deyir. "Alqoritm sistemləri kimin önəmli qaynaqlara daxil olub olmadığını da müəyyən edir" deyə də əlavə edir.
 
Amazon şirkətinin məşğulluq sistemini avtomatlaşdırma cəhdi, süni intellektlə əlaqəli cinsiyyət ayrı-seçkilikçiliyinin ən məşhur nümunəsi oldu.
 
ABŞ-a məxsus nəhəng firma 'seksist' nəticələrə sahib olduğu üçün dörd il müddətində işə götürülmədə istifadə edilən sistemdən 2018-ci ildə imtina etmişdi.
 
Amazon-un istifadə etdiyi sistemdə məlumatların toplanması və modellərin hazırlanması məqsədi ilə 10 illik tərcümeyi hallara (CV) istinad edildi və sektorda kişilərin üstünlük təşkil etməsi səbəbi ilə süni intellekt kişi heyətinə daha çox üstünlük verildi və seksist qərarlara səbəb oldu.
 
Levy-nin fikrincə CV seçimi ən problemli sahələrdən biridir: "Alqoritmlərdə cinsiyyətin nəzərə alınması əmr olunsa da, başqa yollarla bir şəkildə ortaya çıxır".
 
Məlum olub ki, Amazonun problemli alqoritmi qadın cinsiyyətiylə əlaqəli sözlərin  iştirak etdiyi tərcümeyi halları aradan qaldırıb.
 
Ayrı-seçkilik cinslə məhdudlaşmır
 
Süni intellektdə ayrı-seçkilik yalnız cinsiyyətlə məhdudlaşmır. Bu cür alqoritmlər hər cür ayrı-seçkilik edə bilər və cəmiyyətə daha imtiyazlı tərəf kimi "ağ kişi" qrupunu təqdim edə bilər. 
 
Üz tanıma sistemləri də problemli sahələr sırasındadır. Levy-nin sözlərinə görə, qaradərili qadınsınızsa, işiniz daha çətindir.
 
Cinsiyyətçi alqoritmin sosial media və axtarış sistemində qadınlar üzərində təsirini görmək mümkündür.
 
Şəxsə görə nizamlanmış reklamlarda belə qarşımıza çıxan elanlar əslində cinsiyyət və irq ayrı-seçkiliyinin bir məhsuludur. Rankin  buna nümunə olaraq sosial medianı göstərir: "Facebookda ağ kişilərin qarşısına gəliri daha yüksək iş elanları çıxarkən, qadınlar və ya ağdərili olmayanlar üçün daha az ödənişli iş elanları göstərilir. 'Zənci qadın' və ya 'Latın Amerikası mənşəli' sözləriylə axtarış  edildiyində cinsiyyətçi və pornoqrafik nəticələrlə qarşılaşma ehtimalı  daha yüksəkdir".
 
 
Mənbə: https://tr.euronews.com/2020/03/08/yapay-zekanin-cinsiyetciligi-kadin-elinden-cikan-algoritmalar-kadinlara-kars-ayrimcilik-ya
qadinkimi.com