YAZI / DÜŞÜNCƏ
Ev qadın üçün mərkəz olmalıdı, sərhəd yox - Marqaret Tetçer Tarix : 30 May 2019, 14:53
Yazar : Qadinkimi.com
Marqaret Tetçeri cəsarətlə bütün insanlıq tarixinin ən güclü qadınlarından biri adlandırmaq olar. Heç nədən qorxmadan, bütün çətinlikləri aşaraq 11 il Böyük Britaniyanın baş naziri olaraq qaldı. Tetçerin müdrik və dəqiq 20 sitatını sizə təqdim edirik. 

 


 

1. Qadın xarakter göstərəndə ona "ifritə", kişi xarakter göstərəndə ona "canlara dəyən oğlan" deyirlər. 

2. Uduzmaq? Mən bu sözün mənasını başa düşmürəm. 

3. Evin təsərrüfat problemlərini bilən hər qadın ölkəni yönəldərkən ortaya çıxan problemləri də anlaya bilər. 

4. Xoruz çox yaxşı banlaya bilər, hər halda yumurtası olan toyuqdu.

5. "Xeyirxah samariyalı" haqda pritça təkcə yardımsevərlik örnəyi kimi xatırlanmır. Onun həm də pulu vardı. 

6. Nəsə müzakirə etmək istəyirsizsə, kişiylə danışın, əgər real iş görmək istəyirsizsə, qadına üz tutun. 

7. Ev qadın üçün mərkəz olmalıdı, sərhəd yox. 

8. Şəxsimə hücum ediləndə buna yalnız sevinirəm, demək, siyasi arqument qalmayıb. 

9. Düşməni yaxşı tanımaq lazımdı, bu halda onu bir gün dosta çevirmək olar. 

10. Hər şeyi açıq ürəklə etmək çox da yaxşı fikir deyil. Ürək bağlı qalmalıdı, belə daha yaxşı işləyir.  

11. İqtisadi azadlıq olmadan hansısa azadlıqdan söhbət gedə bilməz. 

12. Qayğılarımızın 90% -i heç vaxt olmayacaq məsələlər haqdadı. 

13. Ölkənin varlanması heç də onun təbii sərvətlərinin olması ilə bağlı deyil. Bir ölkə heç bir təbii sərvəti olmadan da varlana bilər. Ölkənin ən böyük resursu insandı. Dövlət insanların talantının çiçəklənməsi üçün təməl yaratmalıdı.  

14. Qadınlar "yox" deməyi kişilərdən qat-qat yaxşı bacarırlar.  

15. Bu gün qadınların özlərini ifadə etməsi üçün böyük imkanlar var. Bizim içimizdə ölkə idarə edənlər də var. Dürüstlüyə qalsa, bizə çanta xəncərdən daha çox yaraşır.  

16. Bir qayda olaraq kimisə tanımaq üçün mənə 10 saniyə bəs edir. Sonralar bu fikir çox nadir hallarda dəyişir.  

17. Kübarlıq bu gün çox dəyərlidi. Üzlülüyün isə heç bir dəyəri yoxdu. 

18. Məni tənqid edənlər Temza üzərində yeridiyimi görsələr, "üzə bilmədiyi üçün yeriyir" deyərlər. 

19. Həmsöhbətlə dil tapmaq üçün heç də onun hər dediyi ilə razılaşmağa gərək yoxdu. 

20. Güclü olmaq - gerçək ledi olmaqdı. İnsanlara ledi olduğunuzu xatırlatmağa gərək duyursunuzsa, deməli, dəqiq belə deyil.
 

 
qadinkimi.com