SEKS
Seksdən delfinlər və insanlar zövq alır: Maraqlı seks bilgiləri Tarix : 10 Noyabr 2019, 22:04

Seks baş ağrısını götürür. Təzyiqi normallaşdırır və endorfin ifraz edir. 

Zövq üçün sekslə yalnız - insan, cırtdan şimpanze və delfinlər məşğul olur. 

Seks vaxtı beyinin həyəcan və qorxuya cavabdeh hissəsi bloklanır.  

Qadınların seksə kişilərdən daha az maraq göstərməsi fikri yanlışdı. Qadını daha təmkinli davranmağa və hisslərini boğmağa vadar edən səbəb əxlaqla bağlı sosial basqıdı. 

Seksin kilo atmağa kömək etməsi fikri də yanlışdı. Seks yalnız uzun sürdüyü zaman kalori atmağa kömək edir. 

Menstruasiya sikli 21-35 gün, ortalama - 28 gün davam edir. Hesab ilk gündən növbəti siklin başlanacağı vaxta bir neçə gün qalmışa qədər sayılır. Ən böyük hamilə qalma ehtimalı 8-19 günlər arası olur. Bu dönəmdə ovulyasiya başlayır: yumurta hüceyrə yumurtalığı tərk edir və ən zirək spermatozoidlə görüşmək üçün uşaqlıq borusuna səyahətə çıxır. 

Alt dodağı üst dodağından iri olan insanlar seksual olurlar. 

Qadın gərgin gün keçiribsə, seks istəməyə bilər. Kişi testosteron hesabına ehtiraslana bilir. Qadında belə deyil. Onu yalnız yüngül massaj və bədənini oxşamaqla ehtirasa gətirmək olar.  

Yeniyetmə vaxtı kişilər orqazma çatmağa tələsirlər ki, heç kim onları yaxalamasın. Beləliklə bu, onlarda vərdişə çevrilir. Və uzun çəkən seks zövqü yaşada bilmirlər. Seks vaxtı tez orqazm olmamaq haqda düşündükləri üçün beyinə siqnal gedir və proses tez bitir. Orqazm haqda düşünmədikdə, prosesdən sadəcə zövq aldıqda və arada dayanıb qarşılıqlı öpüşmə və oxşamalara yer verdikdə finişə gec çatmaq olur. 

qadinkimi.com