SEKS
Qadın orqazmına mane olan 10 səbəb Tarix : 28 Noyabr 2022, 23:58
1. Hələlik özünü tamamilə kəşf edə bilməyib:
Orqazmı tanımaq və onu doğru şəkildə təcrübədən keçirməyi öyrənmək müəyyən vaxt tələb edir.
 
2. Ola bilsin ki, qadın orqazm olacağına inanmır:
Orqazm bir çox qadın üçün fiziki deyil, zehni prosesdir. Cinsi münasibətində uzun müddət orqazm yaşaya bilməyən qadın artıq bunun mümkün olmadığını düşünür. Belə vəziyyətdə qadının ilk növbədə zehni rahatlığı olmalı, eyni zamanda orqazma çatmaq üçün fiziki araşdırma da aparmalıdı.
 
3. Ola bilsin ki, istəmir:
Bəli, bu, bir çox qadına aiddir. Gün ərzində stresli və üzücü hadisələrlə qarşılaşan qadın cinsəllik üçün istəksiz ola bilər. Sekslə məşğul olmaq istəmirsə, orqazma çatması da bir o qədər çətin olacaq.
 
4. Əgər lazımi şəkildə həvəsləndirilmirsə, orqazma da daha gec çatır:
Qadınlar orqazma çatmaq üçün fərqli həvəsləndirmələrə ehtiyac duyur və bu vəziyyət onların kişilərdən daha çətin orqazm yaşamasına səbəb olur. Belə olan halda hər iki tərəfin də bir az daha artıq cəhd etməsi lazımdır.

5. Tələsmək işləri korlaya bilər:
Qadınlar üçün orqazm demək olar ki, bir saat ilə bir neçə dəqiqə arasında davam edir. Ancaq seks zamanı hiss etdiklərindən asılı olaraq bəzən tələsik davranır və ya partnyorunun tələsik hərəkətləri onun uzun bir orqazm yaşamasına mane olur.  
 
6. Klitorun yetəri qədər oyandırılmaması:
Qadınların əksəriyyəti sadəcə penetrasiya (penisin daxil olması) yolu ilə orqazma çatmır. Penetrasiyayla bərabər klitor da oyandırılmağa ehtiyac duyur. Seks zamanı bunu təmin etmək bir çox hallarda mümkün olmadığı üçün qadının ehtiraslanması əllə mümkün ola bilər.
 
7. Yaxınlıq qurmaq önəmlidir:
Qadın orqazm olan zaman fiziki bağlantıdan daha çox şeyə ehtiyac duya bilər. Partnyoru ilə intellektual və ya duyğusal bir bağ onlar üçün çox əhəmiyyətlidir. Səmimiyyətlə bütünləşən bir münasibətdə daha artıq cinsi doyuma çatmaq mümkündür.

8. Zehni olaraq orda olmaya bilər:
Bəzən düşüncələrimizdə nəyi isə itiririk. Belə vəziyyətdə hərəkətlərimiz də məqsədini itirir. Buna görə də etdiklərimizə özümüzü tam olaraq həsr edə bilmirik. Bu, seks üçün də keçərlidir. Zehni yorğunluq orqazm olma şansını aşağı salır.

9. Vücudu ilə barışda deyilsə:
Qadın vücudunu sevmədiyi zaman onun sekslə məğul olma arzusu da zəifləyir. Vücudu ilə barışıqda olan qadın özünə olan inam sayəsində seks zamanı daha yaxşı performans göstərir və orqazm üçün daha çox şansa sahib olur. Vücuddakı güvənsizliklər seks zamanı böyük rol oynayır.
 
10. Orqazm olması ilə bağlı nahatdırsa:
Əslində bu, həm qadınlara, həm də kişilərə təsir edən bir düşüncədir. Öz orqazmı haqda düşünərək özünü seksə tam həsr edə bilmir. Bu da onun özünü təzyiq və stress altında hiss etməsinə səbəb olur. Heç bir faydası olmayan bu düşüncədən qurtulub özünü seksin axışına buraxmaq keyfli nəticəni asanlaşdırır.
 
 
 
qadinkimi.com