FEMİNİZM
Qadınlıq nədir, haradadır? “Sənin kişin” olmadığını nədən bilməli? Tarix : 17 Avqust 2022, 16:49

Bir qadın üçün əvvəllər hər şeyin çox "sadə" olduğu fikrini eşitmisiniz yəqin: hüquqların, özünü reallaşdırmaq üçün imkanların olmaması; Əriniz və uşaqlarınızın qayğısına qalırsız, heç bir sosial uğur haqqında düşünmürsüz, bu qədər. 


Sizi məyus etməyə tələsirəm: qadının cəmiyyətdəki mövqeyi heç vaxt dəqiq müəyyən edilməmişdir.


Qadın vikinqlər tam hüquqlu bir döyüş qüvvəsi idi. Feodal Yaponiyada samuray ailələrində qızlar oğlanlarla eyni Buşido kodu ilə tərbiyə olunurdu. İskit məzarlarında aparılan qazıntılar göstərdi ki, döyüşçülər arasında eyni dərəcədə kişi və qadın olub və onların hamısında müvafiq döymələr və döyüş izləri var.


Qədim Romada qadınlar kişilərlə bərabər qladiator döyüşlərində iştirak edirdilər. 


Daha çox nümunə lazımdır?


Və bu günə qədər planetdəki qadınların özünü dərk etməsinin "norma"sının istənilən formasına rast gəlmək olar: 


Tibetdə poliandriya, Yaxın Şərqdə çoxarvadlılıq, İsrail ordusunda qadınlar... Və sair və ilaxır.


Buna görə də, heç bir normaya diqqət yetirməməyi təklif edirəm - xüsusən də çox xoşunuza gəlmirsə. Bəs onda qadınlıq anlayışı dedikdə nə başa düşməliyik?


MÜNASİBƏTLƏRDƏ QADIN


Qadınlıq, mənə elə gəlir ki, insanın hansısa daimi xüsusiyyəti, məsələn, çəki və ya boy kimi bir məvhum deyil, bir növ münasibətdir. Necə və niyə, məsələn, rahat kresloda oturub kitab oxuyanda qadınlıq göstərəsən? Qadınlıq bizim üçün maraqlı olan kişilərlə qurduğumuz münasibət növüdür və bu, kişiliyin heç də əksi deyil.


Qadınlıq kontekst tələb edir


Qadınlıq kontekst tələb edir. Söhbətdə özünü tam axmaq kimi hiss etdiyin həmsöhbətlər olduğu kimi, münasibətdə də özünü qadın kimi hiss etmədiyin kişilər var. Və bu o demək deyil ki, sizlərdən hər hansı birində qüsur var: bu, sadəcə vəziyyətdir.


Peşəkar sahədə istisnasız olaraq bütün həmkarların və tərəfdaşların bizi qəbul etməsinə ehtiyacımız yoxdur. Eynilə, münasibətlərdə yalnız bizim üçün vacib olan kişilərin diqqətinə və bizi yaxşı tanımalarına ehtiyacımız var. Bu mənada "qadınlıq” həm də "doğru kişi”nin göstəricisidir. Qadınlığınız sizin və sizin üçün vacib olan kişilərin kim olmasından asılıdır, zaman keçdikcə dəyişə bilər: həm daxili hisslər, həm də xarici təzahürlər.


XARİCİ FORMA DAXİLİ YALANDIR


Formanıza qadınlıq əlavə edə bilərsiniz: yüzlərlə parlaq jurnal sizə kömək edəcəkdir. Ancaq müəyyən bir şablona uyğun olaraq özünü "qadın etmək" olduqca şübhəli bir yoldur.


Təsəvvür edək ki, bir qadın hansısa ideal qadınlıq ideyasına uyğun gəlmək üçün necə geyinmək, hansı mövzularda danışmaq, necə hərəkət etmək düsturunu tapıb mənimsəmiş və bununla da xəyallarındakı kişini özünə cəlb etmişdir.


Başladığını davam etdirmək üçün ona neçə saat, gün, ay kifayətdir? Bu, ona nə qədər yüngüllük və xoşbəxtlik gətirəcək? Və sonra nə olacaq, bir gün o: "Mən bu deyiləm, daha davam edə bilmərəm!" deyəcək. Kişi aldadıldığını, qadın özünü aldatdığını hiss edəcək.


"Sənin kişindi" və ya "sənin kişin deyil" meyarlarından biri, özün olduğun halda onun sənə münasibətidi, rahat və təbii davrandığınızda sizə necə reaksiya verməsidir.


QADINLIQ AXTARIN


Mənə elə gəlir ki, problem qadınlığımızın olmamasında deyil. Bədənimizin hər bir hüceyrəsi qadın hüceyrəsidirsə, necə qadınlığımız olmaya bilər? Genlər bənzərsiz olduğu kimi, onların görünüşdə, hərəkətlərdə, davranışlarda ifadəsi də unikaldır.



Yeganə sual, özəlliyimizin səsini necə eşitməkdir, çünki bu, ən yüksək səs deyil və xarici informasiya axını onu tez-tez boğur. 


"Mən indi nə qədər qadınam?” məşqi buna kömək edəcək. Saatlıq siqnal məşqləri mənim sevimlilərimdən biridir: onlar inkişaf etdirmək niyyətində olduğumuz hər hansı bir işi tezləşdirir. Məşqin prinsipi sadədir: diqqət etdiyimiz iş artacaq və yaxşılaşacaq.


Diqqətinizi içinizə yönəldin və özünüzə sual verin: Hazırda özümü nə qədər qadın hiss edirəm?


Beləliklə, özünüzə siqnalı olan bir saat alın və ya telefonunuzda taymer, vaxt təyin edin. Siqnal anında daxilinizə diqqət edin, özünüzə sual verin: mən indi özümü nə qədər qadın hiss edirəm? Bu məşq üç saniyədən çox çəkmir: diqqət edirik, bədəndən cavab gözləyirik və işimizə qayıdırıq.


Bunu iki, üç həftə ərzində edin və bu hissin nə qədər parlaq və başa düşülən olacağına heyran qalacaqsınız - bənzərsiz, təkrarolunmaz qadınlıq hissi.



Anna Vladimirova 

Qadinkimi.com tərcümə