FEMİNİZM
QADINLAR ÜÇÜN DÜNYANIN ƏN TƏHLÜKƏLİ DÖVLƏTLƏRİ Tarix : 28 Fevral 2023, 10:15
Yazar : Flora Hüseynova

QADINLAR ÜÇÜN DÜNYANIN ƏN TƏHLÜKƏLİ DÖVLƏTLƏRİ


Əfsuslar olsun ki, dünyada qadınların heç bir vətəndaş hüququna malik olmadığı, seksual zorakılığın və məcburi erkən nikahların inkişaf etdiyi dövlətlər hələ də var. Bütün bunlar əsasən yerli əhaliyə şamil edilsə də, buraya gələn turist qadınlar da bu cür rəftarlara məruz qalırlar.


Belə ölkələrdən birinci yeri Əfqanıstan tutur.


Burada qadınlar 80% savadsız olmaqla yanaşı, 16 yaşa çatmamış ərə verilir.

Hər yarım saatdan bir doğuş zamanı bu qadınlardan biri ölür. Bu ölkədə qadınların orta yaşam həddi kişilərdən qat-qat aşağıdır və 45 yaşı əhatə edir (müqayisə üçün: dünyada qadınların orta  yaşam həddi 75 yaşı əhatə edir). 

2-ci yerdə Konqodur


Ölkədə seksual zorakılıq dəhşətli dərəcədə yüksəkdir. Tibbi xidmətsə, bu ölkədə sadəcə yox dərəcəsindədir. Hamilə qadınların yarıdan çoxu qan azlığından əziyyət çəkir.

3-cü yerdə Somalidir


Ölkədə qızların sünnəti hələ də mövcuddur. 95% zorlanan qızların yaş həddi 5 yaş-10 yaş  arasındadr. Tibbi müəssisələrdə uşaq dünyaya gətirən qadınların sayı olduqca azdır.

Qızları çox kiçik yaşda ərə verirlər və onların 10% -i doğuş zamanı ölür.

4-cü yer isə Pakistana düşür


Kişi ailədən olan hər bir qadını ailənin namusunu ləkələdiyindən şübhələnərsə, oldürə bilər. Bu, namusa görə ölüm sayılır, 90% qadın ailədə qəddar rəftara məruz qalır. Pakistanda ictimai vəzifə daşıyan qadınlara qarşı dini təzyiqlər mövcuddur.

5-ci yerdə Hindistandır


Hindistanda qadınların alnıb satılması çox adi bir haldır. 20-ci əsrdə Hndistanda 50 milyon qadın yoxa çıxıb. Qızların yarıdan çoxu 18 yaşa çatmamış ərə verilir. UZİ aparatlarının Hindistana gətirilməsindən sonra kişilərin sayı qadınların sayını həddindən artıq üstələyib. Belə ki, qızlar ailədə artıq xərc kimi qəbul edildiklərindən qadınlar qız dünyaya gətirməkdən imtina edirlər.

Hazırladı: Flora Hüseynova

qadinkimi.com