SƏNƏT
“Qadınlar və güllər” adlı virtual sərgi keçirilib - FOTOLAR Tarix : 07 May 2020, 12:00
Yazar : Qadinkimi.com
Azərbaycan Dövlət Rəsm Qalereyası "Evdə qal, qalib gəl!” layihəsi çərçivəsində "Qadınlar və güllər” adlı virtual sərgi təşkil edib.

Dövlət Rəsm Qalereyasından verilən məlumata görə sərgidə qalereyanın kolleksiyasına məxsus, Azərbaycan rəssamlıq sənətinə böyük töhfələr verən sənətkarların  müxtəlif üslub və texnikalarda işlədiyi natürmort və portret janrına aid əsərlər virtual şəkildə nümayiş olunub.

Sərginin ekspozisiyasında Cavad Mircavadovun "Qız muncuqla", Güllü Mustafayevanın "Skripkaçı qız", Yelena Haqverdiyevanın "Absolyut", Altay Sadıqzadənin "Madam Klemans", Toğrul Sadıqzadənin "Qırmızı paltarlı qız", Qəyyur Yunusun "Bahar gözəli", Qafar Seyfullayevin "Qız portreti", Tələt Şıxəliyevin "Qocaman müəllim", Mikayıl Abdullayevin "Çampa", Odtəkin Ağababayevin "İstirahət", Əşrəf Muradın "V.Tereşkovanın portreti", Həsən Haqverdiyevin "Düşüncələrdə", Rafiq Mehdiyevin "İstirahət", Cavad Mircavadovun "Sirk", Böyükağa Mirzəzadənin "Qızılgüllər", Niyaz Nəcəfovun "Payız", Toğrul Nərimanbəyovun "Güllər", Xalidə Səfərovanın "Maral Rəhmanzadənin portreti", Mirnadir Zeynalovun "Maxima çəhrayı ləçəkdə" əsərləri sərgilənib.

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir. "Qadınlar və güllər” adlı virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.








qadinkimi.com