HƏR ŞEY / HEÇ NƏ
Pul təkcə xərcləmək üçün deyil Tarix : 24 İyun 2025, 17:22

Pul həm də insanın dünyaya baxışını, ehtiyaclarını və şəxsiyyətini əks etdirən güzgüdür. Psixoloqlar və iqtisadçılar uzun illərdir insanların pul xərcləmə vərdişlərinin onların şəxsiyyət tipləri ilə bağlılığını araşdırır. Müəyyən olunub ki, qənaətcil və ya xərcləməyə meylli olmanın kökündə təkcə maddi vəziyyət deyil, həm də insan şəxsiyyətinin xüsusiyyətləri dayanır.

 

 

XƏRCLƏYƏN (Spender) - "Bu gün varıq, sabah bilinməz”

 


 

Bu tip insanlar üçün pul yaşamaq, əylənmək, sosiallaşmaq və özünü ifadə etmək vasitəsidir. Onlar yeni şeylər almağı sevirlər, çox vaxt alış-veriş edərkən plan qurmurlar. Xüsusən emosional vəziyyətlərdə (xoşbəxt, sevincli, stress, əsəbi) pul xərcləməyə meyllidirlər.

 

Pul nədir? - Məşhurların pul haqda fikirləri » Manera.Az

 

 

QƏNAƏTÇİ (Saver)-"Qəpik-qəpik yığ, gün gələr doya-doya xərclərsən

 

 

Pul xərcləməyi deyil, yığmağı üstün tuturlar. Onlar büdcə planlaşdırmasına önəm verir, gələcək ehtiyacları üçün ehtiyat yaradırlar. Onların əsas motivasiyası təhlükəsizlik və sabitlikdir. Bəzən bu qənaət meyli o qədər güclü olur ki, onlar ən zəruri ehtiyaclarını belə təxirə salırlar.

 

 

 

TƏHLÜKƏSİZ XƏRCLƏYƏN (Sekurity-focused spender)-"Məncə, əvvəl düşünək”

 


Bu tip insanlar balanslı və planlı xərcləməyə üstünlük verir. Planlı, riskin minimum olduğu bir pul idarəçiliyi modelinə sadiq qalırlar. Onlar üçün alış-veriş ehtiyac və ölçülü olur. Emosional asılılıqları yoxdur.

 


STATUS YÖNÜMLÜ XƏRCLƏYƏN (Status spender) - "Brend mənim dəyərimdir”

 

 

Bu insanlar üçün pul sosial statusu nümayiş etdirmək vasitəsidir. Onlar bahalı brendlərə, texnoloji yeniliklərə və sosial mediada paylaşılan məhsullara üstünlük verirlər. Bu münasibət "başqaları nə düşünər” sualına cavab kimi formalaşır.

 

 Təhsilə ən çox pul xərcləyən ölkələr - AÇIQLANDI


VERİCİ (Generous giver) – "Paylaşmaq rifahdır”

 

 


Belələri başqalarına kömək etməyi, hədiyyə verməyi, ehtiyacı olanlara yardım göstərməyi sevərlər. Onların puldan gözləntiləri fərqlidir-şəxsi məmnunluqdan çox, başqalarını sevindirməkdən zövq alarlar.Bu tip insanların sosial məsuliyyəti və empatiya duyğusu güclüdür.

 

 


 

Hazırladı: Leyli.

Qadinkimi.com