HƏR ŞEY / HEÇ NƏ
Dünyanın ən varlı qadınları Tarix : 19 İyul 2023, 15:30
"Forbes”in hesablamasına görə dünyanın 10 ən varlı qadını ilə tanış olun:

1.Ən varlı qadın Fransanın "L’Oreal” ətriyyat və kosmetika şirkətinin varisi Fransuaza Bettankur-Meyersdir. 67 yaşlı Fransuazanın varidatı 73,6 milyard dollardır.
L'Oreal's Françoise Bettencourt Meyers, the Richest Woman in the World
 
 

2. ABŞ-ın "Walmart” topdan və pərakəndə satış şəbəkəsinin varisi Elis Uoltonun varidatı 61,8 milyard dollardır. Onun 73 yaşı var.

 

Элис Уолтон - биография, капитал, факты, фото

3. Daha bir amerikalı qadın, "Amazon” şirkətinin başçısı Ceff Bezosun keçmiş həyat yoldaşı, 52 yaşlı Makkenzi Skott üçüncüdür. Ceff və Makkenzi 2019-cu ildə boşanıblar. Boşanma zamanı "Amazon”un gəlirlərinin 25 faizi Makkenziyə keçib. Hazırda Makkenzi Skottun varidatı 53 milyard dollardır. 

4. Dünyanın ən varlı qadınlarının ilk onluğunda dördüncü ABŞ-ın "Koch İndustries” şirkətinin 2019-cu ildə vəfat etmiş sahibi Devid Koxun 58 yaşlı dul arvadı Yuliya Koxdur. Yuliyanın varidatı 46,4 milyard dollardır.

5. Beşinci - yenə də ABŞ-ın "Las Vegas Sands” kazino operatorunun 2021-ci ildə vəfat etmiş sahibi Şeldon Adilsonun 75 yaşlı dul arvadı Miriam Adelsondur. Varidatı 38,2 milyard dollardır.

Miriam Adelson & family

Altıncı yer: ABŞ-ın konfet və qida məhsulları istehsal edən "Mars İncorporated” şirkətinin varsilərindən biri, 81 yaşlı Jaklin Mars. Varidatı: 31,3 milyard dollar.

Yeddinci yer: Çinin "Country Garden Holdings” daşınmaz əmlak operatorunun varislərindən biri, 39 yaşlı Yan Xueyn. Varidatı: 29,6 milyard dolar.

Səkkizinci yer: Almaniyanın BMW avtomobil şirkətinin varislərindən biri, babasından qalma "Altana AG” əczaçılıq şirkətinin (Almaniyanın ən böyük əczaçılıq şirkətlərindən biridir) səhmlərinin 50,1 faizinin sahibi, 58 yaşlı Suzanna Klatten. Varidatı: 27,7 milyard dollar.

Doqquzuncu yer: Atasından qalma "Hancock Prospecting Group” (Avstraliya) dağ-mədən və kənd təsərrüfatı şirkətinin rəhbəri, 67 yaşlı Cina Raynhart. Cina Avstraliyanın ən varlı adamıdır, varidatı 23,5 milyard dollardır.

Onuncu yer: 2005-ci ildə vəfat etmiş Çili milyarderi Androniko Lukşiçin 78 yaşlı dul arvadı, "Quinenco” səhmdar şirkətin səhm paketinin sahibi İris Fonbona. İrisin varidatı 23,3 milyard dollardır.