SƏNƏT
“Ömürdən uzun gecə” tamaşasının premyerası olacaq Tarix : 08 İyul 2018, 16:09
Yazar : Qadinkimi.com

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 30 may 2018-ci il tarixində, saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində görkəmli şair- dramaturq Hidayətin “Ömürdən uzun gecə” yeni tamaşanın premyerasını tamaşaçılara təqdim edəcək.
Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə,  rejissor Tural Xəlilzadə, bəstəkar Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rəssam Vahid Mürsəliyevdir.
Rollarda Əməkdar artistlər Vaqif  Kərimov, Esmiralda Şahbazova, Rəşid Rzayev, aktyorlar Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Səmayə İsmayılova, Sevinc Hüseynova, Ruhiyyə Eyvazova, Müdvər Nemətova, Xatirə Süleymanova, Natiq Həziyev, Oktay Mehdiyev, Ceyhun Əliyev, Bəhruz Hikmətoğlu və Rövşən Cəfərov çıxış edəcəklər.
Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.