Bu gün Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdü. Milli mətbuatımızın yaranması Həsən bəy Zərdabinin adı ilə bağlıdı. Həsən bəy çox çətinliklə Bakıda ana dilində "Əkinçi" qəzetinin çıxması üçün icazə alıb. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxıb. Bu səbəbdən ölkəmizdə 22 iyul mətbuat günü kimi keçirilir.
Oxuculara telejurnalist İradə İsakın Həsən bəy Zərdabinin məzarı haqda yazdığı qısa tarixçəni təqdim edirik:
"Zərdabinin sümükləri illərlə torpağa basdırılmayıb. Qızının evində qalıb...
Həsən bəy Zərdabi 1907-ci ildə dünyasını dəyişəndə onu Bibiheybət məscidinin yanındakı qəbiristanlıqda dəfn ediblər.
Sonradan yol çəkildiyinə görə qəbri bir qədər yuxarı tərəfə köçürdüblər.
Bir-neçə ildən sonra qızı Qəribsoltan xanıma xəbər gəlib ki, bəs atanın məzarını yenə başqa yerə köçürtmək lazımdır, yol çəkilir.
Tənha qadın, əlində atasının sümükləri və onları basdırmağa yer tapmayaraq torbanı evinə aparır.
Düz 7 il Qəribsoltan xanım o sümükləri evində gizlətdi.
Həmin hadisədən sonra Qəribsoltan xanımın saçları bir gecənin içində ağappaq ağardı.
7 ildən sonra Şıxəli Qurbanovla zərdabişünas Abbas Zamanov Qəribsoltan xanımdan çox böyük minnətdən, get-gəldən sonra Həsən bəyin sümüklərini alırlar.
Və onu Zərdabinin yubileyi ərəfəsində Fəxri Xiyabanda basdırırlar.
Azərbaycanda heç bir ziyalının başına bu müsibət, bu oyun gəlməyib.
Məmməd Əmin Rəsulzadə onun məzarı başında deyib: "Ey insanlar, bu gün Azərbaycan mədəniyyətinin atası öldü”.
Onun məzarını bilirsiz kim düzəldib? Səttar Zərdablı adında bir şair; özü şəxsi maşınını sataraq…"
İradə İsak
qadinkimi.com