QADIN / KİŞİ
Öz xalqlarına və dünyaya örnək olan tarixi qadınlar Tarix : 28 Fevral 2023, 09:30

 

 

1. "Ölüm pis şeydir: bu, tanrılardan bilinir. Ölüm yaxşı şey olsaydı, hamıdan əvvəl tanrılar ölməzdimi?" - Sapfo (e.ə 630-570)

Sapfo tarixin ilk qadın ədəbiyyatçısıdır. Qadınların azadlığı üçün çox çalışıb. Adı homoseksuallıqda hallanan, antik yunan şairəsidir. Yazdığı cəsəratli lirik şeirləri günümüzə qədər gəlib çatıb. 

2. "Öz üzərimdə qələbə qazandırmaram!" - Kleopatra (e.ə 69-30)18 yaşında Misir kraliçası olan, 9 dil bilən Kleopatra dövrünün ən güclü iki insanı Sezar və Antonio ilə münasibətləri sayəsində ölkəsinin varlığını qoruya bilib. Bəzi qaynaqlarda deyilənlərin əksinə çox qısa boylu və çirkin bir qadın kimi təsvir edilsə də, o, hələ də tarixin ən güclü qadınları arasında yer alır.

3. "Yenə də insanların qəlblərinin həqiqətən gözəl olduğuna inanıram..." - Anna Frank (1929-1945)

Almaniyadakı yəhudi soyqırımının simvolik şəxsiyyətlərindən olub. 13 yaşında ikən Amsterdamda atasının ofisindəki gizli otaqlarda gizləndiyi zaman gördüklərini yazdığı gündəliyi ilə nasist zülmünü bütün dünyaya çatdırıb.

4. "Ağıllı olub axmaq görünmək qədər yaxşı bir şey yoxdur" - Aqata Kristi (1890-1976)

Aqata Kristi dünyada İncil və Şekspirdən sonra ən çox oxunan kitabların yazarı statusunu hələ də qoruyub saxlayır. Populyar ədəbiyyatın ən önəmli adlarından biri olan Kristi, Meri Vestmakot ləqəbi ilə eşq romanları da yazıb. Ancaq əsl şöhrətini yazdığı 80 detektiv romanına və "West End” teatrlarında uğurla səhnələşdirilən əsərlərə borcludur. Kitablarında tez-tez bəhs etdiyi zəhərləri və öldürülmə metodlarını bu qədər yaxşı bilməsinə səbəb isə müharibə zamanı tibb bacısı kimi işləməsi olub.

5. "İnsanları qınasan, onları sevməyə zamanın qalmaz" - Rahibə Tereza (1910-1997)

1979-cu ildə Nobel Sülh Mükafatı laureatı Rahibə Tereza həyatını gücsüz və qayğıya möhtaclara həsr edib. O, Hindistanın ən böyük şəhərlərindən olan Kəlküttədə təkbaşına 1000 adamı xilas edən biri olaraq adını tarixə yazdırıb.

6. "Doğru şeyi edərkən qorxu hissi keçirməməlisən!" - Roza Parks (1913-2005)

Bir gün Roza Parks adlı qadın ABŞ-da qaralarla ağların fərqli qapılardan avtobusa mindiyi illərdə Alabama əyalətinin Montqomeri şəhərində avtobusa minir. Adi bir şey kimi görünən bu hadisə daha sonra Amerika tarixinin ən önəmli səhifəsi olan vətəndaş hüquqları məsələsinin müzakirə olunmasını gündəmə gətirir. Çünki həmin avtobusda bir ağdərili ağlar üçün ayrılmış oturacaqlarda yer tapmadığı üçün qaralara aid yerdə outran Parksdan qalxaraq ona yer verməsini istəyib. Amma Parks etiraz əlaməti olaraq qalxmayıb. Şoferin xəbərdarlıqlarına rəğmən qalxmayan Parks yaxalanaraq həbsə atılıb.

Parksın həbsini protesto edən qaralar bir ildən çox müddətdə avtobuslara minməkdən imtina edib və hər yerə gəzərək gediblər. Bu dirəniş səbəbi ilə Amerika Federal Məhkəməsi avtobuslardakı ayrıseçkilik məsələsini qadağan edib.

7. "İnsan vəzifələrini unutmağa, haqlarını xatırlamağa meyillidir" - İndira Qandi (1917-1984)

Hindistanın ilk və tək qadın prezidenti olan Qandi vəzifədə olduğu 1966-1977 və 1980-1984 illər arasında ölkəsini ən çətin zamanlarında məhv olmaqdan xilas edib. Heç bir qohumluq əlaqəsi olmayan Mahatma Qandidən sonra 20-ci əsrdə ölkəsinin ən önəmli siyasi fiquru olan İndira Qandi 1984-cü ildə öz cangüdəni tərəfindən öldürülüb.

8. "Yüksək səslə tərifləyib, alçaq səslə danlayaram" - Böyük Katerina (1729-1796)

Rusiyanı 18-ci əsrin ən böyük gücü səviyyəsinə çatdıran böyük çariça həmin dövrdə yüzlərlə kvadrat kilometrlik ərazini fəth edib. Böyük Rusiya imperiyasının sağlam təməlləri məhz onun dövründə atılıb.

9. "Ən yaxşı düşmənimiz öz hisslərimizdir" - Janna Dark (1412-1431)

Yüzillik müharibədə İngiltərəyə qarşı döyüşən və 19 yaşında ingilislər tərəfindən öldürülən Janna Dark Fransanın qəhrəmanı və müqəddəsi sayılır. Yaşadığı dövrdə çox riskli bir qərar olmasına rəğmən, 16 yaşında evindən uzaqlaşır və Fransa ordusuna qatılır. Onu əsir götürən ingilislər onun kişi paltarı geyinib döyüşən və qeybdən səslər eşidə bilən bir kafir olduğunu iddia edib və inkivizasiya məhkəməsində diri-diri yandırıblar.

Janna yalnız ölümündən 490 il sonra yandırılmasına qərar verən kilsə tərəfindən müqəddəs elan edilib.

Роза Люксембург

10. "Hərəkət etməyən öz zəncirlərinin fərqində olmaz” - Roza Lüksemburq (1871-1919)

Marksist araşdırmaçı, yazar və aktivist olan Roza Lüksemburq Almaniyada sosial inqilab reallaşdırmaq üçün mübarizə aparıb. Öncə Almaniya Sosial Demokrat Partiyasını, daha sonra Almaniya Kommunist Partiyasını qurub. Peşəcə iqtisadçı olan Lüksemburq 1919-cu ildə alman əsgərləri tərəfindən öldürülüb və cəsədi Berlindəki Landvehr kanalına atılıb.

11. "Xoşbəxt insanların hekayəsi olmur” - Simona de Bovuar (1908-1986)

Simon de Bevuar 20-ci əsrin öndə gedən ekzistensialist filosofu və akademiklərindən biri olub. Simon tanınmış yazıçı Jan Pol Sartr ilə olan səmimi münasibəti və onun üzərindəki təsiri ilə tanınır. Simon Parisdəki "Monparnasse” məzarlığında Sartr ilə eyni məzarı paylaşmaqdadır.

12. "Uğurlar keçmiş məğlubiyyətlərimizi unutmaq üçündür" - Valiyyə xanım Kazımbəyli

General Hüseynqulu xan Xoyskinin qızı olan Valiyyə xanım Cümhuriyyət hökuməti dövründə müxtəlif vəzifələrdə çalışıb. "Milli Birlik" təşkilatının üzvü olan Valiyyə xanım Gəncə üsyanında bolşevik və daşnaklara qarşı açıq döyüşlərdə iştirak edib. 1947-ci ildə "Milli Birlik" təşkilatının xüsusi tapşırığını yerinə yetirmək məqsədilə Romadan Türkiyəyə uçmaq üçün təyyarəyə mindirilir. Cümhuriyyət hökumətinin 12 nəfər yüksək rütbəli zabitinin olduğu təyyarə Afina üzərində müəmmalı şəkildə qəzaya uğrayır.

 

Zümrüd

Qadinkimi.com