BURA / ORA, FEMİNİZM
Çilidə qadınlar küçə və meydanların adını qadın adları ilə dəyişdirdilər Tarix : 08 Mart 2020, 13:41
Yazar : Qadinkimi.com
Çilidə qadınlar paytaxtın meydanlarının, parklarının, abidələrinin 60-dan çoxuna verilən kişi adlarını qadın adları ilə əvəz ediblər.

Çilidə qadınlar paytaxt Santyaqonun meydanlarının, abidələrinin və parklarının adını dəyişdiriblər. Hamısı kişilərə məxsus olan orijinal adları kağızla örtüb, onların yerinə bənövşəyi rəngli parçalarla işarələnmiş qadın adları yazıblar. Misal üçün: XXIII Papa Johnun adını daşıyan parka 2017-ci ildə gözaltında öldürülən Haitili mühacir qadın Joana Florvilin adı verilib. Şair Ruben Darionun Bulağı Yazar Mara Ritanın Bulağı olaraq dəyişdirilib. İlk prezident Bernardo O’Higgins adını daşıyan əsas böyük prospektin adı məşhur Çili qadın şairi Qabriela Mistral küçəsi olaraq dəyişdirilib.

Təşkilatçı Javiera Manzi "Bu protestlə hətta adlarımıza da dözümsüz olan ictimai məkana öz gücümüzdən istifadə edərək, mübarizəmizlə, tariximizlə girə biləcəyimizi göstərdik" deyib.




qadinkimi.com