BURA / ORA, FEMİNİZM
Daha bir qız həyatına son qoydu - Qadın problemi bitmir! Tarix : 05 İyun 2020, 14:26
Dünən Bakıda daha bir qız intihar edib. 21 yaşlı Nağdıyeva Günel Bəhram qızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi idi. Ödənişsiz əsaslarla təhsil alırdı.

Qadinkimi.com xəbər verir ki, Günel 2017-ci ildə yüksək balla İncəsənət və Fiziki tərbiyə fakultəsinə daxil olub. O, "Təsviri incəsənət müəllimliyi" ixtisası üzrə oxuyurdu. Tələbə yoldaşlarının sözlərinə görə, ailəsi istəmədiyi adamla ailə qurmağa məcbur etdiyi üçün Günel çıxış yolunu intiharda görüb. Şəmkir rayonunda anadan olan Genel Nağdıyeva intihar etdiyi binada anası və qardaşı ilə kirayə evdə qalırdı.

Qeyd edək ki, G. Nağdıyeva özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsində olan binanın 18-ci mərtəbəsindən atıb. Aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

qadinkimi.com