BURA / ORA
Harvi Vaynşteyn seksual zorakılığa görə 23 il həbs cəzasına məhkum edildi Tarix : 11 Mart 2020, 18:57
Yazar : Qadinkimi.com
Nyu-York məhkəməsi Hollivudun məşhur kinoprodüseri Harvi Vaynşteyni 23 il həbs cəzasına məhkum edib. 

Qadinkimi.com Ria Novosti-yə istinadən xəbər verir ki, məhkəmənin 12 nəfərdən ibarət münsif heyəti 67 yaşlı Vaynşteyni 2006-cı ildə asistenti Mimi Haleyiyə qarşı seksual təcavüzdə və 2013-cü ildə isə bir başqa qadını zorlamaqda təqsirli hesab edib. Bu ittihamlar əsasında onu 5 ildən 25 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

Çıxarılan qərar prodüserin 80-dən çox qadının təcavüz və cinsi istismarda günahlandırılmasından sonra başlayan #MeToo hərəkatında dönüş nöqtəsi adlandırılır. Prodüsser və vəkilləri isə məhkəmənin verdiyi bu qərarla razılaşmayaraq bütün ittihamları rədd edib. 

qadinkimi.com