“GÖZƏGÖRÜNMƏZ” depressiya Tarix : 22 Noyabr 2019, 10:37
Yazar : Qadinkimi.com
Hər birimizin depressiyaya düşdüyümüz zamanlar olur. 

Hər birimizin həyatında bizi depressiyaya sala biləcək uğursuz, xoşagəlməz, bədbəxt hadisələr gözləniləndir. Depressiya ən çox yayılan əsəb pozuntusudur, hətta səbəbsiz də ola bilir. Həyatdan, yaxınlardan, doğmalardan daim şikayətlənən, ”təngə gəlmişəm” gileyi edən, narazılıqla deyinən adamlara rast gəlirik. Bütün dünyadan küsmək, qərar qəbul etməkdə çətinlik çəkmək, kədər, qorxu yaşamaq depressiyanın göstəricisidir. Ancaq istər özümüzdə, istər yaxınımızda hiss və müşahidə etdiyimiz depressivliyin qorxulusu onun gizlin formasıdır.
 

 
Gizlin depressiya kimlərdə olur? Əlamətlər:
 

1. Onlar çox istedadlıdır.

Gizli depressiv insanların çoxu istedadlıdır və yaradıcılıqla məşğul olur. Duyğularını yaradıcılıqla paylaşmaq onların əsas xüsusiyyətidir.

2. Onlar həyatda nə axtardıqlarını bilmirlər.

Ona görə də mükəmməlliyə can atırlar. Hər şeyi öyrənməyə çalışırlar. Öz səhvlərini düzəltmək onlar üçün çox vacibdir. "Bunu nədən edirsən?” yanaşması onları əsəbləşdirir, yersiz  görünür.

3. Yaxınlarının onları tərk etməsindən narahatdılar. Ayrılığa dözümsüzdülər. 

Əslində müəyyən problemlərini bilən yaxınlarının buna görə onları tərk edəcəyi fikrindən narahatdılar. Başqa bir səbəbdən tərk edildikdə belə bunu problemləri ilə bağlayırlar, çətinliklər onlara həll edilməz və təhlükəli görünür. Doğmalarla ünsiyyət onlara kömək edir.

4. Kənardan enerjili və xoşbəxtdirlər.

Gizlin depressiyalı adamlar çox fəal və həyatsevər təsiri bağışlayır. Əslində bu, görüntüdür. Bunu başqalarının onların həyatına qarışmaması üçün edirlər. Başqalarının onlara qarışmasını, kömək etməsini istəmirlər.

5. Onlar çatışmayan cəhətlərini bilirlər.

Öz çatışmayan tərəflərini bilir, sakitcə qəbul edirlər. Üstün cəhətlərinə baxmayaraq uğursuzluqlarını və səbəbləri anlayırlar.
Özlərinə bəraət vermək üçün uğursuzluqlarına çox inandırıcı görünən bəhanələr, səbəblər uydururlar.

6. Problemlərindən çox sakit danışırlar.

Zarafatla, təsadüf kimi, sadəcə eyhamla deyərlər. Ağıllı birinin anlayıb, yardım etməsini istəyərlər, "Arifə bir işarə bəs edər” misalı. Beləsinin köməyini qəbul edirlər.

7. Anlayış və sevgi gözləyirlər.

Özlərini yalqız hiss edirlər. Onları olduğu kimi sevən, hər halıyla qəbul edən biri depressiv vəziyyətdən çıxara bilər.

8. Qəribə yemək adətləri var.

Gizlin depressivliyi olan insanlar bəzən tez – tez, amma az, bəzənsə çox yeyirlər. Gərgin olanda müxtəlif qidalar qəbul edirlər.

9. Yuxu pozğunluğu 

Yatarkən rahatlıq tapır, tez yuxuya gedir, amma ayıq yatır, tez oyanırlar.
Bunun əksi də müşahidə olunur – həmişə yuxulu olur, özlərini yorğun hiss edir və uzun müddət yata bilirlər.

10. Həmişə sakitləşdirici dərmanlar qəbul edirlər.

Adətən depressiyaya qarşı dərmanlar qəbul edir, psixoloji seanslar keçirlər. Depressiyası nisbətən güclü olanlar çox vaxt mütəxəssisə müraciət etmək istəmirlər.

11. Onlarda müəyyən nəzərə çarpan hərəkətlər olur.

Məsələn, küçədə ağ rəngdə geyinmiş adamları, ya hansısa kitabın vərəqlərini saya bilərlər. Qaşçatma, dodaqbüzmə, masanın üzərinə barmaqları ilə döyəcləmək və s. kimi adətləri olur.
Əgər belə yaxınınız varsa, deməli onun problem var.

12. Onlarda psixosomatik ağrılar – yəni bədənin hansısa hissəsində ağrı olur.

Məsələn, diş ağrısı hiss edirlər. Həkimə müraciət edəndə isə diş sağlam çıxır. 
Gizlin depressiv adamları müxtəlif müayinələrdən sonra da səbəbi aşkar edilməyən daimi başağrıları narahat edir. 

13. Onların dayağa ehtiyacı var.

Bəzən öz narahatlıqlarını hiss etdirərlər. Ünsiyyətdə bunu duymaq çətin olsa da, ruh halından şübhələnə bilərsiz. Onun yanında olmağa çalışın.

14. Öz hərəkətlərini gizləmək üçün müxtəlif hadisələr, səbəblər uydururlar.

Gizli depressiya yaşayan insanlar heç bir əsas olmadan öz yaşamlarına mənfi təsir göstərən hisslər yaşaya bilər.
Tutaq ki, hansısa tədbirə, ya dostları ilə görüşə getməlidir. Anidən həyəcanlana, panikaya düşə bilər. Fikrini dəyişib getməz.
Bütün bunlara baxmayaraq depressiya müalicə olunandır. Müalicə mütləqdi! Əsas müalicə üsulları dərmanlar və psixoterapiyadır. Meditasiya da çox əhəmiyyətlidir. İnsanın özünə və ətrafına münasibəti önəmlidir. Diqqətli olsanız, özünüzdə və yaxınınızda bunu hiss edərsiz. Sizi narahat edən məsələri, problemlərinizi bölüşməkdən çəkinməyin. Bölüşün! Sevənləriniz sizi anlayacaq. SEVGİ heç vaxt üz döndərməz!



Çevirdi: Kamalə Abiyeva
qadinkimi.com