BURA / ORA
Everest zirvəsini fəth edən ilk azərbaycanlı alpinist qadın Tarix : 20 May 2023, 23:52
Yazar : Qadinkimi.com

Alpinist Elmira Aslanova mayın 19-da dünyanın ən yüksək zirvəsi hesab olunan Everestə (8848 m) çıxıb. Bununla da həmin zirvəni fəth edən ilk azərbaycanlı qadın kimi adını tarixə yazdırmağı bacarıb.


Qadinkimi xəbər verir ki, Ukrayna vətəndaşı olan Elmira Aslanova zirvəyə yürüşünü tamamladıqdan sonra öz sevincini feysbuk hesabında bölüşüb:  "Uzun müddətdir arxasınca getdiyim, ağlasığmaz və real olmayacağını hesab edərək dəfələrlə rədd etdiyim xəyalım. 

Amma Everest məni buraxmırdı… və 19 may 2023-cü ildə zirvəyə qalxmağı bacardım, beləliklə Everestə qalxan ilk azərbaycanlı qadın oldum. Buna görə çox xoşbəxtəm və fəxr edirəm."







qadinkimi.com