HƏR ŞEY / HEÇ NƏ
Əgər onlar Şmuklerin mıxlarından istifadə etsəydilər... Tarix : 21 Avqust 2023, 19:59

Yəhudi Şmukler ailəsi nəsillikcə mismar düzəltməklə məşğul olurlar. Bir gün ata oğlunu yanına çağırıb deyir:

- Oğlum, 30 ildir fasiləsiz işləyirəm, bir ay sən müdirlik elə, mən ananı da götürüm, gedim istirahətə.

- Ata, mən mütəxəssis deyiləm axı, ancaq reklam işini bacarıram.

- Eybi yoxdur, anbar mıxla doludur, biz gələnə qədər oradan satarsan, mən gəlib yenidən istehsala başlayaram.


Ata yollanır istirahətə, iki həftədən sonra oğlu zəng edir:

- Ata, təcili qayıt. Mıx qurtarıb, hamısını satmışam.

- Necə?

- Reklam verdim, hamısını aldılar.

- Nə reklamdır o?

Oğul ataya reklamı göstərir - İsa peyğəmbər çarmıxa çəkilib və aşağıda yazılıb: "Şmuklerin mıxları 2000 ildir ki, xarab olmur”.


Ata reklama baxıb deyir:

- Oğlum, sən doğrudan da dahi reklamçısan, amma axmaqsan. Peyğəmbəri də reklama qoyarlar? Tez ləğv et bu reklamı.

Atanın əmri ilə istehsal yenidən başlanır, özü isə istirahətinə davam edir. Bir həftədən sonra yenə oğul zəng edir:

- Ata, tez qayıt, mıxlar bu dəfə daha tez satıldı.

- İndi nə etmisən?

- Reklamdır, amma sən deyənə qulaq asmışam, peyğəmbər yoxdur.


Oğul atasına yeni reklamını göstərir - posterdə boş xaç təsvir olunub və aşağıda yazılıb: "Əgər onlar Şmuklerin mıxlarından istifadə etsəydilər...”


qadinkimi.com