Tanınmış jurnalist, ictimai fəal Şahvələd Çobanoğlunun oğlu Abutalıb Namazov dünyanın ən nüfuzlu universitetlərindən birinə Massachusetts İnstitute of Technology (MİT) Computer Science ixtisasına qəbul alıb. Məlumatı olmayanlar üçün qeyd edim ki, MİT Massachusetts ştatının Boston ərazisinin Cambridge şəhərində yerləşən kiçik kübar özəl məktəbdir. Bakalavr tələbələrinin sayı 4510 nəfərdir Bu Universitetdə təhsil haqqı 53,790 dollardır. Qəbul olunma dərəcəsi 7 faizdir. Kompüter elmləri, Mexaniki mühəndislik və Riyaziyyat ən populyar ixtisasısıdlr. Tələbələrinin Universiteti bitirmə faizi 94-dür. Bu Universiteti bitirən məzunlar üçün başlanğıc əmək haqqı 88200 dollarıdır.
ABŞ-ın 1 nömrəli kompyuter elmləri məktəbi bu institutundur.
MIT Quacquarelli Symonds (QS) 2019-20-ci il reytinqində dünya üzrə 1-ci, Times Higher Education 2020 reytinqində dünya üzrə 5-ci yerdədir.
Xatırlayırsınız ki, bu ilin yanvar ayının ortalarında Abulatıbın daha bir uğurundan bəhs etmişdim. O Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) informatika fənni üzrə Azərbaycan məktəbliləri arasında yeganə qızıl medalı qazanmişdı. Beynəlxalq olimpiada tarixində İnformatika üzrə ilk qızıl medal mükafatçısı Abutalıb Şahvələd oğlu Namazovun MİT-nin kompyuter elmləri ixtisasını qazanması hər bir azərbaycanlı üçün fəxr ediləsi nailiyyətdir. Mən də öz növbəmdə öncə Abutalıbı təbrik edir, Şahvələd bəyə göz aydınlığı verir, eyni zamanda koronavirusun yaratdığı hazırkı məyusluq dövründə bu gözəl xəbəri bölüşməklə sizləri Namazovlar ailəsinin sevincini qoşulub, gələcəyə umidlə baxmağa dəvət edirəm.
Yolun açıq olsun, Abutalıb, əminəm ki, bu başlanğıcla daha yüksək zirvələri fəth edəcəksən, uğurların bol və davamlı olsun!
Qubad İbadoğlu
qadinkimi.com