YAZI / DÜŞÜNCƏ
Aysel Əlizadənin "Seksin poeziyası" adlı yeni şeirlər kitabı artıq satışda Tarix : 21 May 2019, 17:38
Yazar : Qadinkimi.com
Təsisçimiz, müasir dövrün sevilən isimlərindən olan yazarımız Aysel Əlizadənin "Seksin poeziyası" adlı yeni şeirlər kitabı işıq üzü görüb.

Kitab TEAS Press Nəşriyyat Evinin  "Yay" yayınlarında çap edilib.  Kitaba müəllifin "Sənə İsa doğardım", "Olarsa nə gözəl, olmazsa eybi yox" adlı yeni seriyadan olan və sosial şəbəkələrdə yayılaraq ciddi müzakirələrə səbəb olmuş şeirləri də daxil edilib. 
Şeirlər daha çox feminist dünyagörüşünü ifadə edir. Qadınların öz azadlığını əldə etmək və qorumaq üçün göstərdiyi dirəniş Aysel Əlizadənin yeni şeirlərinin əsas mövzusunu təşkil edir. Nəşr evi ilə müqaviləni isə yazar keçən yay bağlayıb. Özəl səbəblərdən kitabın bir müddət sonra çap olunmasını xahiş edib. 

Qeyd edək ki, "Seksin poeziyası" adlı şeirlər toplusu LİBRAFF mağazalar şəbəkəsində artıq satışdadı.
 

 
Qadinkimi.com