YAZI / DÜŞÜNCƏ
Fəxri adları dəyərdən salmayın Tarix : 28 Avqust 2023, 01:01
Ölkədə fəxri adlara, orden və medallara layiq olan yüzlərlə sənətkar var…
Deyəndə ki, bu dünyada haqq-ədalət axtaranlar DÜNYAnı hələ də olduğu kimi tanımayanlardır, sözümü qəribliyə salırlar. Ay qardaş, haqq da, ədalət də Habillə Qabilin dövründən bu dünyadan küsüb gediblər, yalnız adları qalıb...
Fəxri adlar, orden və medallarla təltif olunanların siyahisini ölkə rəhbərinə kim təqdim edir, bilmirəm. Amma onu bilirəm ki, həmin adam heç də insaflı iş görmür. Bir də görürsən ki, birinə 50 yaşında xalq artisti, 60 yaşında "Şöhrət" ordeni, 65 yaşında Prezidentin fərdi təqaüdünü, 70 yaşında "Şərəf" ordeni, 75 yaşında isə "İstiqlal" ordeni verirlər. Sual olunur, bu adamın 60 yaşından sonra xalq qarşısında heç bir əlahiddə xidməti olmayıbsa, niyə bu mükafatları ona verirsiniz? Belə çıxır ki, həmin adam 100 il yaşayacaqsa, hər beş ildən bir ona orden vermək lazımdır? O, çox yaşadıqca ölkənin bütün ordenlərini bir-bir almalıdır? Qardaş, hər bir cinayətin bir cəzası olduğu kimi, hər bir xidmətin də bir mükafatı olmalıdır. Belə getsə- birinə hamısı, digərinəsə heç nə- prinsipi Azərbaycanda uzun illər davam edəcək...
Ölkədə orden və medallara, fəxri adlara layiq olan yüzlərlə adam var, fəqət xidmətləri hələ də mükafatlandırılmayıb. Konkret bir neçə faktı göstərmək istəyirəm. Məgər cənab prezidentə həmin mükafatlandırma təqdimatlarını təqdim edən adamın Kamalə Abiyevanın gözəl şair olduğundan və sözlərinə bəstələnən mahnıların necə sevildiyindən xəbəri yoxdumu?
Bir 1 nəfər şəkili ola bilər Bir 1 nəfər və mətn şəkili ola bilərvOxu.az - Şəmistan Əlizamanlı – 55
Və ya şair Şahin Musaoğlunun vətənpərvərlik mövzusunda yazıb bəstələdiyi mahnıları heç eşitməyibmi? Şəmstan Əlizamanlının gitara ilə döyüşə çağıran ecazkar səsini dinləməyibmi? İllərlə milli musiqimizə xidmət edən professor Abbasqulu Nəcəfzadənin varlığından xəbərsizdirmi? Və s..
Bəli, yüzlərlə xidməti olan belə sənətkarlar bu işə məsul olan insanın ucbatından hələ də heç bir dövlət mükafatına layiq görülməyiblər...
...Siz Allah, ordenlərin hamısını bir sənətkara yox, xalq qarşısında xidməti olan hər bir sənətkara heç olmasa birini verin. Fəxri adları xalqın sevmədiyi adamlara verib dəyərdən salmayın...