BURA / ORA
Ayşe Kulin: Qadınlar peyğəmbər dövründən cəmiyyətin içində aktiv həyat sürüb Tarix : 21 Noyabr 2022, 13:36

Türkiyəli filoloq, yazar, jurnalist Ayşe Kulinin müsahibəsindən qadınlarla bağlı kiçik bir hissəni sizlə paylaşırıq. 


Ayşe Kulin müsahibəsində deyir: Qadınlar peyğəmbər dövründən cəmiyyətin içində aktiv həyat sürüb. Ticarət, istehsalat işləri ilə məşğul olub, hətta komandir olub savaşa gedərmişlər. Bu gün isə bu qadınları evə həbs edib "sizin işiniz yalnız uşaq dünyaya gətirib, yoldaşınıza qulluq etməkdi” demək nə qədər yanlışdı. Bizim kitabımızda belə bir şey yoxdu. Amma biz oxuduğunu anlamayan, müqəddəs kitabını başqa dildə oxuyan tək millətik. Ərəbcə bilirikmi? Bilmirik. Biz türk millətiyik, dilimiz də türkcədir. Oxumadığımız, bilmədiyimiz bir şeyi əynində əba, başında əmmamə olan hər yerindən duran bizə keyfi istədiyi kimi anlatmağa çalışır. Bəlkə də səhər evdə yoldaşıyla dalaşır, o ruh halında gəlib nəsə danışır. Çünki qadını bu qədər aşağılayan, özgələşdirən, kiçik görən bir anlayış ola bilməz.



Qadinkimi.com