BURA / ORA, HƏR ŞEY / HEÇ NƏ
İranlı idmançı Elnaz Rekabi Cənubi Koreyada hicabsız yarışıb FOTO/VIDEO Tarix : 18 Oktyabr 2022, 18:51
İranın dırmanma üzrə idmançısı Elnaz Rekabi Seulda keçirilən Asiya çempionatının finalında hicabsız yarışıb. Onun bu hərəkəti Mahsa Amininin ölümü ilə bağlı başlanan etirazlara dəstək kimi başa düşülsə də Elnaz öz instaqram hesabında hicabını tələsik çıxdığı üçün unutduğuna görə taxa bilmədiyini açıqlayıb. 

Lakin çoxları hesab edir ki, Rekabi hava limanında dövlət televiziyasının mikrofonuna da təkrar etdiyi bu sözləri təzyiq altında deyib. 

Sosial mediada 22 yaşlı idmançının ölkəyə qayıtdıqdan sonra yoxa çıxması, qardaşının isə həbs olunduğu məlumatı yayılıb.


qadinkimi.com