BURA / ORA
Avropa Birliyi azərbaycanlı qızın mahnısını seçdi - VİDEO Tarix : 22 Sentyabr 2022, 00:31

Avropa İttifaqının gənclər kampaniyasının rəsmi musiqisi azərbaycanlı gənc ifaçının bəstələdiyi və ifa etdiyi mahnısı seçilib.


Bakupost.az xəbər verir ki, Leyla Tağıyevanın sülh haqqinda yazdiğı, sözləri və musiqisi özünə aid "8 billion people" (8 milyard nəfərlik komanda) mahnısı seçilib. 


Bu gün mahnı Avropa İttifaqının BMT-dəki, ATƏT-dəki, Çexiya Respublikasındaki, Avropa Şurasındaki, Yaponiyadaki, Cenevrədəki səfirlikləri və başqa bir sıra beynəlxalq nümayəndəliklər və rəsmi səhifələr tərəfindən yayımlanıb.


Sözügedən mahnının sözlərini təqdim edirik: 

Müharibədən qurtulan bir qızla tanış oldum
Gözlərinə baxdım, o əvvəlki kimi deyildi
Xəyalları da evi kimi məhv edilib,
Maraqlıdır, mən onun qəhrəmanı ola bilərəmmi?
Dünya paylaşmağımız üçündür, 
Ona qayğını göstər,
Hər yerə sevgi saç!
MƏN DÜNYANI TƏK BAŞINA dəyişə bilmərəm 
Amma mənə əlini versən
Söz verirəm, bu son olacaq!
Sülh anlayışını bir xəyaldan daha artığı edək
Hər şeyi yenidən quraq
Və, gəlin, 8 milyard nəfərdən ibarət komanda olaq!
 

Hazırladı: Günel