BURA / ORA
Anatomiya dərsini öz bədənində keçən müəllim Tarix : 29 May 2022, 20:50

İspan müəllim Veronika Duke anatomiya dərsini öz bədənində keçməklə şagirdləri çox təəcübləndirib.



Müəllimin dərs izahı üsulu şagirdləri şoka salıb.



İspan müəllim Veronika Duke anatomiya dərsini öz bədənində keçməklə şagirdləri çox təəccübləndirib. Müəllimənin həyat yoldaşı dərsin fotosunu özünün "Twitter” səhifəsində paylaşıb.



Duke dərsə üzərində əzələ və daxili orqanların təsviri olan geyimlə gəlib. O, bu xüsusi geyimi "AliExpress”də reklamda görən kimi sifariş verdiyini deyib.



Əri bildirib ki, xanımı insan anatomiyasını uşaqlara orijinal üsulla başa salıb. Onun sözlərinə görə, uşaqlar şokda olublar.


Qeyd edilir ki, Duke 15 ildir uşaqlara təbiət elmlərindən, incəsənətdən, həmçinin, dildən dərs deyir. Hazırda üçüncü sinif şagirdlərinə dərs deyən müəllim uşaqlar üçün biliyi həmişə vizual olaraq vermək istədiyini dilə gətirib.


Onun sözlərinə görə, tarix, həmçinin, ingilis və ispan dili dərslərində də sözlü kartlarla uyğun üsulu tətbiq edir.

 

 

Qadinkimi.com