Mama-ginekoloq, həkim
Yalanı sevmir, xəyanəti bağışlamır. Zarafat edirik. Uzman Dr. Rəşad Sultan - 26.10.1977 tarixində Bakıda doğulub. 190 nömrəli orta məktəbdə oxuyub. 1993-1999-cu illərdə təhsil aldığı Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2000-2002-də hərbi xidməti (ehtiyatda olan tibb xidməti baş leytenantı) başa vurub. 2004-2009-cu illərdə İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsi mama-ginekologiya kafedrasında uzmanlıq təhsili alaraq vətənə dönüb. 2009-cu ildə Bakıda mama-ginekoloq kimi işləyir. Cavab tapmadığı suallarla əlləşmir, unudur. Hazırda “Suriyadan sonra növbə hansı ölkənindir“ sualı haqda düşünür. Cavab tapmasa, onu da unudacaq. Yumoru sevir. Kumiri Türkiyəli yumorist Cem Yılmazdı. Pis cəhəti normadan artıq yeməyidir. Zarafat edirik. Normadan artıq hiperaktivdir. Yaxşı cəhəti feminist olmasıdır.