HƏR ŞEY / HEÇ NƏ
Üzüm yarpağının faydaları Tarix : 26 İyul 2022, 17:10


Tənək,yaxud üzüm yarpağı kimi tanıdığımız və süfrələrimiz ən dadlı təamı olan yarpaq dolması hazırladığımız üzüm yarpağının faydalarını bilirikmi?

Üzüm dırmaşan çoxillik ağac bitkisidir. Onun meyvələri də çox qiymətli ərzaq bitkisidir. Yaş vəziyyətdə yeyilir. Tərkibi vitaminlərlə, fruktoza ilə zəngindir. Qurudulmuş halda, yəni kişmiş süfrələrimizin bəzəyidir.

Bu meyvələrdən sirkə, abqora, bəhməz kimi qida məhsulları hazırlanır. Bütün bunlarla yanaşı, üzüm yarpaqlarının da çox böyük xeyri var.

5 yarpağın tərkibində 14 Kkal enerji var. Həmçinin C,D,A,K,B6, E kimi vitaminlər, dəmir, maqnezium, Ca, Mn kimi elementlər var.

4-5 yarpağın üzərinə 1 stəkan qaynar su töküb dəmləyin. Bir ay müddətində gündə iki dəfə içmək məsləhətdir.

1. Varikoza qarşı müalicəvi gücə malikdir. Qaynadılaraq içilir. Damarların divarını möhkəmləndirir.

2.Yaddaşı möhkəmləndirir. Tərkibindəki B6 vitamini hesabına yaşla bağlı yaddaş zəifləməsinin qarşısını alır. Böyüməkdə olan uşaqlarda zehni qabiliyyətlərin inkişafına kömək edir.

3.Qanazlığının qarşısın alır. Tərkibindəki dəmir hesabına qanyaranma prosesinə yardımçı olur.

4. Göz sağlığını saxlar. Görməyə gərəkli olan proteinlərlə zəngindir. Retunin adlanan vitamin görmədə mühüm rol oynayan rodopsinin yaranmasına yardımçı olur. Qaranlıqda və işıqda yaxşı görməyə kömək edir. Tərkibindəki A vitamini görmə problemlərinə yardımçı olmaqla yanaşı,orqanizmin ümmun sistemini möhkəmləndirir, erkən yaşlanmanın qarşısını alır.

5. Yara sağaltma xüsusiyyətlərinə malikdir. Vücud yaraları olan yerə qoyun, yaraların tez sağaldığını görəcəksiz.

6. Sümük ağrılarını xəfiflədir. Əzərək suyu ilə ağrılı nahiyəni ovuşdurun.

7. Xərçəngin qarşı qoruyucu xüsusiyyəti var. Antioksidant xüsusiyyəti orqanizmi xərçəngdən qoruyur.

8. Bağırsaqların mikroflorasını yaxşılaşdırır və bağırsaqların iişini düzənləyir. 10-15 üzüm yarpağını qaynadın və için. Həzmə kömək edir, baş ağrısını belə aradan qaldırır. Mədə iltihabını əngəlləyir.

9. Ağız yaralarını sağaldır. Ağız qoxusunu götürür, diş çürüməsinə yol açan bakteriyaları məhv edir, diş əti problemlərini çözür. 4-5 yarpağı qaynadın və qarqara edin.

10. Orqanizmin immun sistemini möhkəmləndirir. Xəstəliklərə qarşı orqanizmin davamlılığını artırır.

 

Xoş Gəldin, Üzüm Yarpağı! - AZ Cookbook - Dadlı yemək reseptləri bloqu

 

11. Alsqeymer xəstəliyinin qarşıısin alır. Bu xəstəliyi sürətləndirən Beta-amiloid maddəsinin yaranmasını ləngidir.

12. Enerji verir. Bədəndə yaranan zəhərli tullantıları zərərsizləşdirir.

13. Hemorroy müalicəsində istifadə edilir, yarpaqlardan hazırlanan kütlə bu xəstəliyin sağalmasına kömək edir.

14. Öd və böyrək daşlarının salınmasında istifadə edilir. Yarpaqlardan alınan şirəni yarım qəhvə fincanıyla bir müddət içdikdə böyrək daşlarının ağrısız düşməsinə kömək edir.

15. Sifətdəki sızaqların təmizlənməsində, saç tökülməsi, kəpəyə qarşı istifadə edilir. Tənəklər budanarkən axan mayeni toplayıb problemli nahiyələrə sürtmək lazımdır. Təmiz saçlara püskürtməklə quruluğu aradan qaldırır, onları canlandırır.

16. Alkoqolizmə qarşı istifadə edilir. Alkoqoldan iyrəndirir. Bu məqsədlə 5-6 yarpaq əzməsi hazırlayıb yemək və ya qaynadıb suyunu içmək məsləhətdir.

Bəs bu yarpaqların ziyanı yoxmu? Müşahidələr "yoxdur”cavabı verməyə əsas verir. Sadəcə, qışa duzlu suda tədarük edilən yarpaqlardan istifadə etdikdə hipertonik və böyrək xəstələri ehtiyatlı olmalıdırlar.

Sağlığınızın qayğısına qalın.

 

 

 


Hazırladı: Camalə İbrahimova

qadinkimi.az