YAZI / DÜŞÜNCƏ
Xoşbəxt olmaq üçün imtina etməli olduğunuz 5 davranış Tarix : 21 İyul 2023, 12:57

1) Hər kəsi məmnun etməkdən vaz keçin.


Nə qədər çalışsaz da hamını, yaxud kimlərisə həmişə razı sala bilməzsiz. Nə qədər versəz də yenə istəyəcəklər. Verməyincə narazı qalacaqlar onsuzda. İnsanlara bacardıqca əlinizdən gələni edin. Amma bacarmadığınızı özünüzə yükləyib stress yaşamayın. Özünüzü artıqlamasıyla onlara həsr etməyin. Edə bildiyinizi edin. Daha artığını etmək üçün çabalamayın. Yox deməyi öyrənin.


2) Keçmişdə yaşamağı buraxın.


Keçmiş keçmişdə qaldı. Siz gələcəyə baxın. Keçmişdə etməli və düşünməli olduqlarınızın sıxıntısını yaşayıb bu gün üçün əhvalınızı pozmayın. Enerjinizi itirirsiz. Olmaz. Keçmişlə yaşamağa başladıqca xoşbəxtliyinizi itirirsiz. Gələcəyə baxın. Önünüzə baxın. Gələcəklə bağlı mübarizə etməli olduğunuz nə varsa edin, ancaq keçmişdəkiləri dəyişə bilməzsiz bunu keçmişdə etmək lazım idi. Odur ki, keçmişdə olanları olduğu kimi qəbul edin, özünüzü yormayın Keçmişi unudun.


3) Xoşbəxtliyinizi başqalarından asılı etməyi tərgidin.


Təkbaşına xoşbəxt ola bilməyən başqa birisiylə xoşbəxt ola bilməz. Deməyin ki, sevgilim, qardaşım, bacım, uşağım, atam-anam, müdirim, dostlarım üzümə xoş baxsa, yanımda olsa, xoş davransa mən də yaxşı olacam. Başqalarından asılı olmağı azaldın. Deməyin ki, filankəsin yaxşı olması ilə mən də yaxşı olacam. Birdən siz istədiyiniz kimi olmasa necə olacaqsız ? Axı siz başqalarını idarə etmək, istədiyiniz kimi etmək iqtidarında deyilsiz. Siz ancaq öz ixtiyarınıza sahibsiniz. Həmçinin, kiçik şeyləri böyütməyin. Adamlardan çox da gözləntili olmayın. Hər kəs siz deyil. Hər kəs sizin kimi deyil. Heç sizin kimi etməyə də borcu deyillər.

Kiçik şeylərə taxılıb qalmayın. Hər kəs sizin kimi olmağa məcbur deyil. Bu kimi şeylərdə ilişib qaldıqca kefiniz-əhvalınız pozulacaq. Xoşbəxtliyiniz pozulacaq yoxsa insanlardan soyuyarsız. Münasibətləriniz də ara yerdə pozular. Ona görə də həyatın içində xətaların, qüsurların, çatışmazlıqların ola biləcəyini qəbul edin. Hər şeyin və hər kəsin mükəmməl olmayacağını bəri başdan anlayın və qəbul edin.  İnsanların xətalarında ilişib qalmayın yoxsa xoşbəxt ola bilməzsiz.


4) Niyə sualı verib özünüzü bataqlığa salmayın.


Mən bunu ən yaxşı halda necə həll edə bilərəm deyib işinizi asanlaşdırın. Uğursuz olduğunuzu düşünmək sizi uğursuz edər. Kefinizi pozmayın. Uğursuzluqlarınızı bir təcrübə kimi qəbul edin. Elastik olun. Bir şey alınmırsa taktikanı dəyişin. Çəkici daşa 9 dəfə vurursan bir şey olmur, amma 10-cu vuruşda daş parçalanır. Başınıza gələn xoşagəlməzliklərdən üzülməyin. Sadəcə dərs götürün. Fərqində olun.


5) Dəyişikliklərdən qorxmayın.


Dəyişikliklərdən qorxmaqdan imtina edin. Əgər sizə bədbəxtlik gətirən bir həyatınız varsa dəyişim sizin üçün vacibdir, qaçılmazdır. Həyatınızdakı adam, iş yeri, kollektiv, məkan, adamlar sizi bədbəxt edirsə onlardan imtina etməkdən qorxmayın. Dəyişim yeni bir qapı, yeni bir yol deməkdir. Yeni bir həyat deməkdir əslində. Həyatınızda sizə mutsuzluq, bədbəxtçilik gətirən, narahatçılıq yaradan mühit, insanlar varsa, orda qalmayın. Qaçın ordan. Siz ağac deyilsiz. Çevrənizi dəyişdirin. Çünki siz xoşbəxtliyə layiqsiz. Xoşbəxt ola biləcəyiniz yerə getməkdən qorxmayın, xoşbəxt olmağınız üçün dəyişiklikdən qorxmayın. Vərdişlərinizdən imtina etməkdən qorxmayın. Dəyişə də bilərsiz. Özünüzə yeni bir həyat da cıza bilərsiz. Hər şey sizin öz əlinizdədir. 

 

 

Qadinkimi.com