BURA / ORA
Türkiyə qadın milli voleybol komandası dünya çempionu oldu Tarix : 17 İyul 2023, 12:08
Yazar : Qadinkimi.com

Voleybol üzrə Türkiyə milli yığması qadınlar arasında 2023-cü il FIVB dünya çempionatının qalibi olub. 


Qadinkimi xəbər verir ki, ABŞ-ın Texas ştatının Arlinqton şəhərinin stadionunda keçirilən final görüşündə Türkiyə Çinə 3-1 hesabı ilə qalib gəlib. Polşa isə ABŞ-ı 3-2 hesabı ilə məğlub edərək üçüncü olub.


Beləliklə, Türkiyənin qadın milli voleybol komandası FIVB dünya çempionatları tarixində ilk dəfə olaraq çempion titulunu qazanıb. 


Qeyd edək ki, bu, türk qadın voleybolçularının  Millətlər Liqasında ilk qələbəsidir. "Filenin sultanları” 2018-ci ildə gümüş, 2021-ci ildə isə bürünc medal qazanıblar.




qadinkimi.com