BURA / ORA
Tarixin ən gəlirli və unudulmaz filmlərindən olan “TİTANİK” filminin bilinməyənləri Tarix : 25 Noyabr 2022, 22:41

11 dəfə Oskar mükafatı almış və kino tarixinin ən gəlirli və  unudulmaz filmlərindən biri olan "Titanik” filminin bilinməyənlərini sizlər üçün topladıq. 

 


1. Cek rolu əvvəl Coni Deppə təklif olunub, lakin o, roldan imtina edib. Aktyor sonradan buna görə çox peşman olduğunu deyib.


2. Filmin kinorejissoru Ceyms Kemeron Cek roluna ikinci olaraq Jared Letoyu düşünüb amma Jared seçimlərə qatılmaqdan imtina edib.


3. Di Kaprio və Keyt Uinslet hələ ssenari bitməmiş filmin qaralama versiyasını görüb oynamağı qəbul ediblər.


4. Robert Di Niroya isə kapitan Smit rolu təklif edilib. Lakin o dönəmdə aktyor özünü yaxşı hiss etmədiyi üçün qəbul etməyib.



5. Keyt Uinsletdən əvvəl Rouz roluna başqa məşhur aktrisalar dəvət olunub. Bu isimlər Cennifer Eniston, Cennifer Konnelli, Kameron Diaz, Codi Foster, Nikol Kidman, Madonna, Şeron Stoun, Şarliz Teron və Uma Turmandır.



6. Filmdə oynayan ən az 150 yardımçı personajla Ceyms Kemeron şəxsən özü görüşüb danışıb və onlar üçün ayrıca həyat hekayəsi yazıb. 



7. Təbii böyüklükdə olan gəminin maketi Meksikanın "Baja Kaliforniya” əyalətindəki  "Rozarito” çimərliyində yerləşən nəhəng hovuzda quraşdırılıb. Tikinti işləri Titanikin batışının 85-ci ildönümündə 1996-cı il may ayının 31 də başlayıb. Xərcləri azaltmaq üçün pəncərə hissələri ixtisar edilib. Real görünsün deyə qayıqlar və bacalar öz ölçülərinə uyğun hazırlanıb. 


8. Gəminin batması anında kabinləri su ilə dolarkən bir-birinə sarılıb çarpayıda uzanan qoca cütlük Nyu-Yorkdakı Macy mağazalarının sahibləridir. Hər ikisi Titanikdə həyatını itirib. İda həyat yoldaşını tək qoymamaq üçün xilasedici qayığa əyləşmək istəməyib və "Birlikdə yaşadıq birlikdə ölməliyik” deyib. Bununla bağlı səhnə çəkilib, lakin son versiyasında silinib. Filmdə "Mən səni tək qoymaram. Sən hara mən də ora” deyən Rouzdur amma əslində xilasedici qayıqdan imtina edib əri ilə qalan qadın İda olub.



9. Cekin suya düşdüyü səhnədə o "bədənimə minlərlə bıçaq batırırlar sanki” deyir. Bu ifadə Titanikdən sağ qalan sərnişinlərdən birinin Şimali Atlantikanın soyuqluğunu təsvir etmək üçün işlətdiyi ifadədir.


10. Suyun əsas pilləkən olan otağı doldurduğu səhnədə bütün avadanlıq və dekorasiya xarab olacağından ekipajın bu səhnəni yalnız bir dəfə çəkmək şansı var idi.


11. Suya batdıqdan sonrakı səhnələr təxminən 93 min litrlik hovuzda çəkilib. Donmuş və islanmış cəsəd görüntüsünü almaq üçün aktyorların bədənlərinə pudra, saçlarına isə bal mumu çəkilib.


12. Erik Bradenın final səhnəsində planlaşdırılandan 3 dəfə çox, təxminən 120 ton su istifadə edilib. Braden deyir ki, həyatında heç vaxt bu qədər qorxmayıb. Çünki məşq etmək imkanı belə olmayıb.


13. Rouzu boğulmaqdan xilas edən taxta parçası gerçək Titanik gəmisinin batışında tapılan əsl parçadan ilhamlanaraq düzəldilib. Əsl parça Kanadadakı dəniz muzeyində nümayiş olunub və filmdəkindən daha böyük bir parça olub.


14. Keyt Uinslet su olan səhnələrdə dalğıc geyimi geyməyən nadir insandan biri idi və o bu səbəbdən ağciyər qanaması keçirərək az qala işi yarıda qoyacaqmış. Ceyms Kemeron onu birtəhər filmdə qalması üçün razı salıb. 


15. Rouzun koridorlarda Ceki axtararkən istifadə edilən su realda Sakit okeandan idi. Su o qədər soyuq olub ki,  Keyt həqiqətən suya dalanda tir-tir əsirmiş. 


16. Daim yeni əlavə yardımçı personaj işə götürməli olublar və bu aktyorlar üçün xüsusi geyimlər hazırlanıb. Ayrıca onlara 1912-ci ilə uyğun davranış və hərəkətlər öyrədilib, özəl sosioloji xarakter kursları keçirilib.


17. Leonardo Di Kaprio və Jason Varri qapını oturacaqla qırdıqları səhnədə yaralanıblar.


18. Mühərrik rəisi "tam sürət irəli” deyə qışqırdıqdan sonra arxadan eyni cümləni bir daha eşidirik. Bu səs rejissor Ceyms Kemerona məxsusdur.


19. İlk tüpürmə səhnəsində yumurta ağından,  Rouzun Kel Hoklinin üzünə tüpürdüyü səhnədə isə vazelin istifadə olunub.


20. Kaskadyorların təhlükəsizliyi üçün çəkiliş meydançasındakı rekvizitlərin əksəriyyəti süngərdən hazırlanıb.


21. Kapitanın "tam sürətlə irəli” dediyi açılış səhnəsində qazanxana göstərilir. Burada əslində üç qazandan ibarət bir çəkiliş meydançası var, komanda onu böyük, uzun otağa bənzətmək üçün otağa nəhəng güzgülər yerləşdirib.


22. Rouzun gəmi batarkən geyindiyi çəhrayı palto Keyt Uinsletin ölçüsündən iki dəfə böyükdür. Rouzun daha çəlimsiz, müdafiəsiz görünməsi üçün bilərək o palto geyindirilib. 


23. Ceyms Kemeron xilasedici qayıqlar səhnəsini çəkərkən tualetə getmək üçün hovuzdan çıxan hər kəsi işdən çıxarmaqla hədələyib və Keyt Uinslet də daxil olmaqla bir çox insan hovuzda ehtiyaclarını qarşılayıb.


24. Cek Douson gəmiyə sonuncu minən və gəmi batarkən də ən son tərk edən sərnişindir.


25. Keyt Uinslet su səhnələrinə hazırlaşmaq üçün sualtı dalğıc kursu keçib.


26. Bir çox yardımçı personaj soyuq suda qaldıqları üçün qrip, zökəm, böyrək iltihabı kimi xəstəliklərdən əziyyət çəkiblər. Çoxları çəkiliş meydançasını tərk edib, 3 kaskadyor isə sümüklərini qırıb. 


27. Rouz taxta parçasının üzərində olarkən ulduzlara baxır və ulduzlar taxdığı boyunbağının formasına bənzəyir.


28. Titanik filminin çəkiliş meydançasında Di Kaprionun saxladığı ev kərtənkələsi yük maşınının altında qalaraq əzilib, lakin aktyor kərtənkələni sağaldıb.


29. Ceyms Kemeron montaj otağında zarafatla üzərində "yalnız film uğurlu alınmazsa istifadə edin" yazısı olan ülgüc saxlayıb.


30. Rouzun rəsmini rejissor Ceyms Kemeron özü çəkib. Kadrda gördüyümüz əllər Di Kaprionun deyil, Ceyms Kemeronun əlləridir. Cekin albomundaki digər şəkillər də Ceymsə aiddir. Kemeron eyni zamanda gözəl rəssamdır. 


31. Qloriya Stüart ssenariyə görə 101 yaşlı Rouzu oynamalı idi.  86 yaşlı aktrisanı daha da yaşlı göstərmək üçün xüsusi qrimdən istifadə ediblər.


32. Qloriya 1912-ci ildə Titanik batdığı zaman həqiqətən sağ olan filmdəki yeganə insandır.


33. Filmin sonunda Rouzun Ceklə əsas pilləkəndə görüşdüyü ​​an saat 2.20-ni göstərir. Bu gerçək həyatda Titanikin batdığı vaxtdır.


34. Filmin (raw stock) uzunluğu 2.40 dəqiqədir ki, bu da Titanikin faktiki batma vaxtıdır.


35. "Ən yaxşı film” nominasiyasında Oskar qazanan eyni şəxs tərəfindən yazılan və rejissorluq edilən ilk filmdir.


36. 87 yaşında "Ən yaxşı köməkçi aktrisa”  nominasiyasında Oskar mükafatına namizəd olan Qloriya Stüart ən yaşlı Oskar namizədi kimi tarixə düşüb.


37. "Titanik” 14 nominasiya ilə ən çox Oskara namizəd olan filmdir.


38. 11 Oskar mükafatına layiq görülən 3 filmdən biridir. Digərləri Vilyam Uaylerin "Ben-Hur” və "Üzüklərin hökmdarı: Kralın qayıdışı” filmləridir. 


39. Bu film eyni personajın iki dəfə Oskara namizəd olduğu ilk filmdir, Keyt Uinslet gənc Rouz roluna görə "Ən yaxşı aktrisa”nominasiyasına və qoca Rouz roluna görə Qloriya Stüart "Ən yaxşı köməkçi aktrisa” nominasiyasına namizəd olmuşdur.


 

40. Filmin büdcəsi orijinal Titanikin inşasından baha başa gəlib. Filmə 200 milyon ABŞ dolları xərclənib, əsl gəminin tikintisi isə 7,5 milyon ABŞ dollarına başa gəlib.


41. 200 milyon dollar büdcə ilə 20-ci əsrdə çəkilmiş ən bahalı filmdir.


42. Tarixdə dünyanın ən çox gəlir gətirən filmi 1,8 milyard dollarla "Titanik” idi, lakin bu rekord yenə bir Ceyms Kemeron filmi olan "Avatar” la yenilənib.


43. Ceyms Kemeron rejissor maaşından və ümumi gəlirindən 8 milyon dollar kəsib. Çünki filmin studiya çəkiliş mərhələsində büdcəni keçəcəyindən çox narahat idi.


44. Filmdən sonra Keyt Uinslet belə bir açıqlama edib: "Mənim yenidən Ceyms Kemeron ilə birgə iş görə bilməyim üçün dəlicəsinə pul ödəməniz lazımdı".


45. Ceyms Kemeron əsl Titanikin qalıqlarını görmək üçün 12 dəfə Atlantik Okeanına baş vurmuş, Mariana çökəkliyinə qədər enə bilmiş üçüncü şəxs olub. Rejissor, bu tarixi gəminin qalıqlarını canlı görə bilməyin onun üçün necə təsirli bir təcrübə olduğundan bəhs edib. 


46. Filmin premyerasında Ceyms Kemeron "Mən gizli şəkildə, Titanikin əsl dağıntılarına dalmaq istədim, ona görə də bu filmi çəkdim” deyib.


47. Nova Skoitdəki çəkilişin son gecəsində bir neçə zarafatcıl "mələk pudrası" deyilən maddəni komandaya verilən yeməyin içinə qarışdırıb, 80 nəfər xəstələnib, 50 nəfər isə halüsinasiyalar görməyə başladığı üçün xəstəxanaya aparılıb. Ceyms Kemeron məsələdən agah olan kimi özünü qusdurmağa çalışıb. 


48. Titanikdən sağ çıxan Millvina Dean filmin açılışına dəvət edilib, lakin sonra bunun onun üçün çox ağrılı olacağını düşünüb təklifi geri götürüblər.


49. Aparılan son araşdırmaya görə, Titanik birbaşa aysberqə dəysəydi, zədələnəcəkdi, amma batmayacaqdı və Nyu Yorka 2 günlük gecikmə ilə çata bilərdi.


50. Ceyms Kemeron beşinci həyat yoldaşı Suzi Emis ilə bu filmin çəkilişlərində tanış olub və bu onun ən uzun evliliyi idi.




Hazırladı: Günel Dəniz

qadinkimi.com