UŞAQ / BÖYÜK
"Şuşa ili" çərçivəsində tədbir keçirilib Tarix : 25 Dekabr 2022, 00:28
2022-ci ilin ölkəmizdə Şuşa İli elan olunması ilə əlaqədar İ.Məmmədov adına 298 nömrəli tam orta məktəbdə tədbirlər planı hazırlanmışdlr. Həmin tədbirlər planına uyğun olaraq Şuşa ili çərçivəsində silsilə tədbirlər keçirilmiş , əl işlərindən , rəsm əsərlərindən ibarət sərgilər təqdim olunmuş , xüsusi dərslər təşkil edilmişdir.

24 dekabr 2022 - ci il tarixində məktəbdə çağdaş uşaq ədəbiyyatının tanınmış nümayəndəsi , şair-tərcüməçi , AYB-nin üzvü Sevinc Nuruqızı ilə görüş keçirildi.
Tədbirdə sənətkarın "Zəfər nəğməsi Şuşa" adlı kitabı təqdim olundu. Həmin kitabda toplanmış əsərlərin müzakirəsi keçirildi, ayrı-ayrı hekayələr əsasında hazırlanmış səhnəciklər göstərildi , müəllifin şeirlərindən nümunələr söylənildi və sözlərinə yazılmış mahnılar oxundu.

Daha sonra müəllif şagirdləri maraqlandıran sualları cavablandırdı.
 Bir 16 nəfər, ayaqüstə duran insanlar və hərbi forma şəkili ola bilər

Sonda məktəbin direktoru Xatirə Hacıyeva çıxış edərək bu günün gözəl bir tarixə təsadüf etdiyini , Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günü olduğunu qeyd etdi . Daha sonra müəllifə təşəkkür edərək onun əsərləri ilə tanış olduğunu və əsərlərinin şagirdlərə yüksək əxlaqi keyfiyyətlər aşıladığını qeyd etdi. Dəvətimizi qəbul edib gəldiyi üçün müəllifə, tədbirin ideya müəllifi Xatirə Rəhimovaya, təşkilatçısı Elnurə Məmmədovaya və tədbirdə fəal iştirak edən 7B sinif şagirdlərinə təşəkkür etdi.
 
 Bir 3 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər


Sonda Sevinc Nuruqızı öz təəssüratını bölüşdü, " Zəfər nəğməsi Şuşa " kitabını məktəbin kitabxanasına hədiyyə etdi.
Xatirə şəkilləri çəkildi.
 
Bir 18 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
 

 
Xəyalə Quliyeva
qadinkimi.com