BURA / ORA
Stolüstü tennisçimiz Çexiyada gümüş medal qazanıb Tarix : 17 Oktyabr 2022, 19:22

Stolüstü tennisçimiz Mərziyyə Nurmətova Çexiyada 15 və 17 yaşadək idmançılar arasında keçirilən turnirdə gümüş medal qazanıb. 

Çexiyanın Havirov şəhərində stolüstü tennis üzrə "Eurotalents Development Camp” adlandırılan təlim-məşq toplanışı və turnirə bu gün yekun vurulub. Ölkəmizi milli komandanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova və Adil Əhmədzadə təmsil edib. Toplanışdan sonra keçirilən turnirin yalnız final görüşündə uduzan Mərziyyə Nurmətova fəxri kürsünün ikinci pilləsinə qalxıb. Adil Əhmədzadə isə 7-ci yerlə kifayətlənib. 


Qeyd edək ki, Havirov şəhərində Çexiya, Azərbaycan, Avstriya, Niderland, Yunanıstan, Slovakiya, Latviya və Kosovo tennisçiləri bir araya gəlmişdilər.



Qadinkimi.com