SEKS
Seks haqda yanlış fikirlər Tarix : 11 Noyabr 2019, 23:47

İlk görüşdən seksin ciddi münasibətə xələl gətirməsi; Yanlış fikirdi. Partnyorların "bədən dili" bir-biri ilə anlaşırsa, seks onları ayırmır, əksinə birləşdirir. 

Kişinin yataqda canfəşanlıq etməsinin qadında onun haqda supermen təsəvvürü yaratması; Yanlış fikirdi. Qadınlar süni canfəşanlığı sevmirlər. Təbii olun. Qadın seks vaxtı ondan zövq aldığınızı hiss etdikdə rahat olur. 

Qadını ehtiraslandıran G nöqtəsinin olması; Yanlış fikirdi. Bu fikir alman ginekoloqu Ernst Qrefenberqə aiddi. Amma indiyədək o sehrli düyməni tapan olmayıb. Əvəzində isə qadınlar və kişilər G nöqtəsi uydurmağa çalışıblar. Qadını kişidə olduğu kimi sözlə də ehtiraslandırmaq mümkündü.  

Penisin böyüklüyü aktın keyfiyyətini təmin edir; Yanlış fikirdi. Seksi keyfiyyətli edən partnyorun komplekssizliyidi. 

Mastrubasiyanın ziyanlı olması; Yanlış fikirdi. Bəzən bu metod seks zamanı orqazm yaşamağa kömək olur. 

Seks həyatı olmayan insanın depressiv və stresli olması; Bu, yanlış fikir deyil. Cinsi akt zamanı beyində sevinc hormonu olan endorfin ifraz olunur. Bu da əhvala və sağlığa müsbət təsir edir. 
Seks immuniteti gücləndirir. Seksual həyatı olmayan insan şüuraltı özünü başqa qayğılar, lazımsız mövzularla yükləyir və bu da gərginliyinin artmasına səbəb olur. Belə adamdan ağırlıq yağır. Seks olmadıqda, xüsusilə fəsil dəyişməsində insan xəstələnir və ya özünü soyuqdəyməli hiss edir. 

qadinkimi.com