YAZI / DÜŞÜNCƏ
Qucağında körpəni gəzdirən cavan oğlan “mamamız dərsdədi” dedi Tarix : 24 Noyabr 2022, 19:15

Hər gün işdən çıxanda Tərcümə fakultəsinin birinci mərtəbəsinə baş çəkib, koreyalıların dərsinə baxmaq, həm salamlaşmaq, həm də sağollaşmaq kimi adətim var. Dünən axşam da adətim üzrə birinci mərtəbəyə baş çəkdim.


Bu dəfə bir cavan oğlanın qucağında körpə uşaqla dəhlizdə o başa, bu başa gəzdiyini gördüm. Qeyri-ixtiyari kimi gözlədiyini soruşdum. "Mamamız dərsdədir” - dedi. 


- Bizim körpə uşaqlı tələbəmiz yoxdur axı...

- Tələbə deyil... Könül müəllimənin yoldaşıyam. 


Dərs gedən otağın qapısın açdım və müəllimin rahatca dərsini keçdiyini gördüm.


Mənzərə məni çox kövrəltdi. Bəlkə kimlərsə "burda nə var ki?!” deyə bilər.  


Amma mənim üçün bu, bir insanlıq dərsi idi. Könül xanıma təşəkkür etdim. Hamımız kövrəldik. 


Qürürlandım, duyğulandım, fəxarət hissi keçirdim. Dünyanın düzəninin pozulduğu, insaların intiriqaya bu qədər meylləndiyi, kin-küdurətin artdığı, ümidsiz olduğum bir vaxtda bir müəllimin fədakarlığını, ailə dəyərlərinin, insani keyfiyyətlərin hələ də var olduğunu görmək həm ağlatdı, həm sevindirdi. 


Könül xanımın simasında fədakar, işini sevə-sevə yerinə yetirən müəllimlərə, ailəsinə, xanımına hər zaman dəstək olan bəylərə təşəkkür edirəm!


Dərs ata və oğlunun iştirakı ilə davam etdi. 


P.S . Dərs yükünün çoxluğu ilə əlaqədar müəllim analıq məzuniyyətinə çıxmayıb.


Bənövşə Məmmədova, filologiya üzrə fəlsəfə doktoru, ADU

 

qadinkimi.com