BURA / ORA
Qətərdə canlı yayımda televiziya müxbiri qarət edilib Tarix : 22 Noyabr 2022, 18:05
Qətərdə keçirilən Dünya çempionatında argentinalı qadın televiziya müxbiri Dominik Metzger açılış matçını yayımlayarkən canlı efirdə qarət edilib.
 

Yayımdan sonra su almaq istədikdə çantasından pul kisəsini tapa bilməyib. Jurnalist polisə pul və sənədlərinin oğurlandığını bildirib.
 

Metzger Argentinada yayımlanan Todo Noticias (TN) kanalına açıqlamada polisin ona verdiyi sualdan şoka düşdüyünü bildirərək deyib: Polis soruşdu ki, oğru tapılanda ona nə edək? Oğru təhlükəsizlik sistemi tərəfindən necə cəzalandırsın? Onu beş il həbs cəzasına məhkum etməyimizi, yoxsa deportasiya etməyimizi istəyirsiniz? Mən sualdan çaş-baş qaldım və polis məmurlarına cəzanın necə olacağına qərarı sizə buraxıram dedim.
 

Qeyd edək ki, Qətər Dünya çempionatı əsnasında oğurluq və digər şiddət hadisələri ilə mübarizə etmək məqsədilə stadionların ətrafında minlərlə kamera və hər stadionun içinə üz tanıma texnologiyasını dəstəkləyən kameralar quraşdırılıb.
 
Qadinkimi.com