BURA / ORA, QADIN / KİŞİ
Qadınlar yoqa qadağasına yoqa aksiyası ilə cavab verdi - FOTO/VIDEO Tarix : 05 Oktyabr 2022, 23:14
Yazar : Qadinkimi.com
Türkiyənin Eskişehir Odunpazarı bölgəsində Dədə Qorqud parkında yoqayla məşğul olan 10 qadına qadağa qoyulub.
 

Səbəb kimi qadınların ətrafdakıları narahat etməsi, bununla bağlı CIMER-ə (Türkiyə Cümhuriyyəti Prezident Əlaqə Mərkəzi) şikayət daxil olması bildirilib.
 

Eskişehir Demokratik Qadınlar Platforması (EDKP) isə etiraz olaraq bu gün bütün qadınları Dədə Qorqud Parkında yoqa etməyə dəvət edib və yüzlərlə qadın həmin parkda bir araya gəlib.
 





 
qadinkimi.com