BURA / ORA
Qadın güləşçimiz Mariya Stadnik doqquzqat Avropa çempionu oldu Tarix : 20 Aprel 2023, 22:49

Azərbaycanın qadın güləşi üzrə millisinin aparıcı üzvü Mariya Stadnik doqquzqat Avropa çempionu oldu. 


Bu barədə Dünya Güləş Birliyi məlumat yayıb.


Qadinkimi.com xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında 50 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Mariya Stadnik qızıl medal uğrunda qarşılaşmada həmyerlisi olan ukraynalı Oksana Livaçla üz-üzə gəlib. Rəqibini 9:4 hesabı ilə məğlub edən Stadnik növbəti dəfə Avropa çempionu adını qazanıb.


Qeyd edək ki, daha 5 qadın güləşçimiz mübarizəyə qoşulub. 57 kq-da yarımfinala kimi uğurla irəliləyən Jalə Əliyeva finalın bir addımlığında polşalı Yovita Vrjeşenə 5:0 hesabı ilə qalib gəlib. O, bu gün həlledici görüşdə ukraynalı Alina Akobyanı sınağa çəkəcək.


Avropa çempionatı aprelin 23-də başa çatacaq.




qadinkimi.com