SƏNƏT
PUBLİSİSTİK YAZI MÜSABİQƏSİ ELAN OLUNUR Tarix : 19 Aprel 2021, 02:15
"Qobustan” İsveç Aydınlar Ocağı Qarabağın xarabalığa çevrilmiş şəhər və kəndlərini öz gözüylə görmüş yazarlar, jurnalistlər arasında "Bəşəri cinayət – Qarabağ xarabalıqları” adlı publisistik yazı müsabiqəsi elan edir.
Müsabiqənin məqsədi Qarabağda törədilmiş insanlığa qarşı cinayəti yer üzündən silinən şəhərlərin, kəndlərin simasında oxuculara publisistik dildə çatdırmaqdır. Qəsdimiz həm də yazarlarımızı Qarabağ mövzusunda xarici oxucunun anlaya, duya biləcəyi yazılar yazmağa həvəsləndirməkdir.
Müsabiqədə qalib gələn yazı İsveç dilinə çevriləcək. Qalib yazının müəllifi İsveçə dəvət olunacaq. Fəxri qonaq 10 günlük səfər zamanı müxtəlif şəhərləri gəzəcək; arzuladığı muzeyləri, tarixi yerləri ziyarət edəcək; yerli mətbuat nümayəndələri ilə görüşəcək, Qarabağda gördükləri haqda İsveçli həmkarlarına bilgilər verəcək.
I. Müsabiqənin şərtləri
Üstünlük veriləcək:
- Mövzunun faktlara əsaslanaraq dolğun əhatə olunma səviyyəsinə;
- "Duyğu sömürüsü”ndən, irqçi fikirlərdən uzaq tutulmasına.
II. Müsabiqənin qaydası
- Yazılar maksimum 7 min işarə (məsafə ilə) həcmində olmalıdır;
- Qəbul olunan yazılardan 5 ən yaxşısı seçim üçün münsiflər heyətinə göndəriləcək;
- Seçilmiş 1 qalib yazı mayın 28-də elan olunacaq;
- Növbəti ayda yazı İsveç dilinə çevriləcək;
- Qalibin İsveçə səfəri yay-payız (pandemiya nəzərə alınmaqla) aylarında baş tutacaq.
III. Yazıların təqdim edilməsi
Təqdimat məktubunda yer almalıdır:
- Yazı müəllifinin mobil telefonu və e-mail ünvanı;
- Dərc olunduğu qəzet, jurnal, saytın adı və yazının linki.
Yazıları aşağıdakı e-mailə göndərin: [email protected]
Son göndərmə tarixi: 10 may 2021-ci il, saat 00.00.
 
 
 
qadinkimi.com