BURA / ORA
“Onları çətin yol gözləyir, amma uşaqlarım bacaracaqlar” dünya səyahəti edən ailənin hekayəsi Tarix : 21 Noyabr 2022, 14:59

Kanadalı Edit və Sebastyan yeddi aydır ki, dörd övladı ilə birgə dünya səyahətinə çıxıb. 


Deyərsiz ki, bundan gözəl nə ola bilər?

Amma bu səyahətin çox kədərli səbəbi var... 

Ailənin dörd uşağından üçünün gözlərində nadir, genetik sağalmaz xəstəlik aşkar olunub - piqmentli retinit.


Həkimlər deyib ki, bir müddətdən sonra uşaqların görmə qabiliyyəti zəifləyəcək, daha sonra isə heç görməyəcəklər.

Təəssüf ki, bu xəstəliyin çarəsi yoxdur.


Həkimlər uşaqların çoxlu şəkilli kitablar oxumalarını və ətraf aləm haqda təsəvvürlərinin yaranmasını tövsiyə ediblər. 


Valideynlər isə başqa yol seçib. Onlar övladlarına real dünyanı göstərməyi qərara alıblar. 


Əsas məqsəd uşaqlara dünya gözəlliklərini göstərmək, onların yaddaşına bu xatirələri köçürməkdir. 


Ailənin səyahət marşrutu uşaqların istəyi ilə seçilir.


Onlar artıq Namibiya, Zambiya, Tanzaniya İndoneziya, Monqolustan kimi ölkələri gəziblər. Kanadalılar gələn ilin mart ayına qədər səyahət etmək niyyətindədirlər. 

Səyahət komfortlu şəraitdə deyil, çətin formada baş tutur, ana istəyir ki, uşaqlar çətin şəraitə uyğunlaşsınlar ki, gələcəkdə dünya onların gözündə qaraldığı zaman,  problemlər qarşısında mətanətli, möhkəm olsunlar. 


"Onları çətin yol gözləyir, amma mənim uşaqlarım bunu bacaracaqlar", - ana deyir. 


qadinkimi.com