BURA / ORA, HƏR ŞEY / HEÇ NƏ
Nüvə fizikası üzrə ixtisaslaşmış ilk azərbaycanlı qadın alim Tarix : 16 Noyabr 2022, 09:00

Dilşad Elbrus Talıbxan Türkiyənin İzmir şəhərində Ege Universitetində işləmiş, nüvə fizikası sahəsində ilk elmlər doktoru olmuş azərbaycanlı qadın, professordur.


 

Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan və sovet hakimiyyəti qurulduqdan sonra dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılardan biri də Dilşad Elbrus olub.

 


 

 

 

Dilşad xanım 1916-cı ildə may ayının 31-də Qarabağ quberniyasında Qarabağ xanlarının nəslindən olan Talıb xanın ailəsində dünyaya göz açıb.

 

Onun atası Talıbxan bəy Çar Rusiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxıda, Qubada və başqa böılgələrdə polis rəisi vəzifəsində çalışıb. Kommunistlər hakimiyyət başına gəldikdən sonra onun bütün əmlakını müsadirə edir, özünü isə qətlə yetirirlər. Atası qətlə yetiriləndə Dilşad xanım 5 yaşında idi.


 

Bundan sonra o, anası Xeyrənnisa xanım, bacıları Qəmər və Sürəyya dayısı Hüseyn Camal Yanar bəy (Hüseyn bəy Mirzəcamalov) tərəfindən 1920-ci ildə Türkiyəyə gətirilərək İstanbulda yerləşdirildilər.


 

Dilşad Elbrus 1931`-ci ildə İstanbul Qız Liseyini bitirir. İstanbul Universiteti fənn fakültəsi fizika-kimya bölümündə ali təhsil alır, 1930-cu ildə isə təhsilini bitirir. 1934-cü ildə təhsil aldığı fakültənin Təcrübi Fizika İnstitutunda assistent kimi əmək fəaliyyətinə başlayır. 1949-cu ilin yayında dissertasiya müdafiə edir. 1954- cü ilin noyabr ayında isə dosent adını alır.

 

 

Dilşad Talıbxan 11 iyul 1961-ci ildə İzmirdə Ege Universitetinin professoru seçilib. İki kitabı çap olunub. Dilşad xanım rus, alman və ingilis dillərini mükəmməl bilirdi. İngiltərə və İsveçrənin müxtəlif universitetlərində uzun illər çalışan xanım Elbrus 1976-cı ildə təqaüdə çıxıb. 11 aprel 1979-cu ildə isə vəfat edib.

 

 

Dilşad xanım kiçik yaşda ayrıldığı Azərbaycana hədsiz bağlıydı. Vətəninin sovet hakimiyyəti altında olmasını heç vaxt qəbul edə bilmədi.

 


 

 

 

1942-ci il. Soldan sağa: Rəmziyə Akpınar, Adnan Sokullu, Səid Akpınar, İhsan Özdoğan, Dilşad Talıbxan Elbrus, Belkis Özdoğan

 

 

 

Qadinkimi.com