BURA / ORA
Öncə insanlığımdan, sonra erkəkliyimdən utanıram - Saranın işgəncəli həyatı Tarix : 24 Noyabr 2022, 14:19
Sarah Sartjie Baartman ( Saarti Bartman) Afrikada doğulub. Anası onu doğarkən ölür və Saartini atası böyüdür. İngilis kolonistləri ilə savaşda atası da ölür. Kimsəsiz qalmış Saranı bir tacir özünə qul edir. Sonra tacir qızı ingilis zabitinə satır. 
 
Saranın bir özəlliyi vardı; yanı və vaginası çox büyükdü. Bu onun qəbiləsinə xas bir özəllikdi. İngilislərə bu fərqlilik əyləncəli gəlir və Avropada Saranın əyləncə məkanlarında diqqət çəkəcəyini düşünürlər. Gerçəkdən də belə olur.  Onu alıb Londona aparandan sonra qızın həyatının kabusu başlayır.  Zabit onu bir sirkə satır. Üzünü boyayıb dar geyimlər geyindirib başına lələklər taxırlar. Saranı insanların qarşısına qəfəsdə çıxarıb zalı əyləndirirlər.
 
Sara avropalıları heyrətə gətirir. Şüşə qəfəsin içində əyləncə obyekti kimi sərgilənir. Avropalı kişilərin iştahı artır. Ona toxunmaq istəyənlərin sayı çoxalır. Sara zorlanır, bədəninə çöplər batırılır. Yançaqlarının həqiqi olduğunu bilmək istəyənlər ona iynə batırır, ətini kəsib baxırlar. Ağrılardan huşunu itirdikdə isə əməkdaşlar onu dincəlməyə aparırlar. Bu qız ingilis burjuasının əyləncə qaynağı olur. Nəhayət ayaq üstündə dayana bilməyəcək qədər halsızlaşdığı vaxt onu bir Paris sirkinə satırlar.
 
Heyvan əhilləşdirənlər onun üzərində müxtəlif sınaqlar keçirir. İşləri bitincə onu satın almaq istəyən bir elm adamına verirlər. Elm adamı Saranın bədənindən canlı-canlı parçalar kəsir. Onun bədənindən kəsdiyi parçalar əsasında apardığı laboratoriya işlərinin nəticəsi olaraq məqalələr yazıb, avropa irqinin üstünlüyünü sübut etməyə çalışır. İşi bitince Saranı küçəyə atır. Onu küçədə tapanlar uzun zaman fahişə kimi işlədirlər.
Taleyi kimi qara bədəni daha artıq işgəncələrə dözmür. Sara 1816-cı ildə Parisdə ölür. Ölümündən 24 saat keçməmiş cərrah George Cuvier tərəfindən vücudu yarılır. Beyni ve cinsi orqanı çıxarılaraq "İnsanlıq Müzeyi"nə qoyulur. Doldurulan vücudu isə 1974-cü ilə qədər xalqa sərgilənir. 
 
Budur, insanlığı var edən qadınlardan birinin yaşamaq üçün mücadiləsi. Qadın haqlarına olan sonsuz sayğımı və gərəkli dəyərin verilmədiyini dilə gətirdiyim bir tədbirdəki çıxışımda, öncə insanlığımdan, sonra erkəkliyimdən utandığımı söylədim və bu yazını qələmə aldım. 

Yazdı: Bekir Yıldız, Mersin 
Çeviri: qadinkimi.com