BURA / ORA, HƏR ŞEY / HEÇ NƏ
Məktəblərdə "Bilik günü" qeyd olunmayacaq - RƏSMİ Tarix : 14 Sentyabr 2022, 10:43
Yazar : Qadinkimi.com

Sabah 15 Sentyabr tarixində ölkə ərazisində fəaliyyət göstərən məktəblərdə "Bilik günü” qeyd olunmayacaq. Bu haqda bu gün 14 Sentyabr tarixində Elm və Təhsil Nazirliyinin mətbuat xidməti məlumat verib.


Buna səbəb Sentyabrın 12-i gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuzun şəhid olmasıdır.


Təhsil müəssisələrində Dövlət Himni səsləndiriləcək, şəhidlərimizin ruhu yad ediləcək! Eyni zamanda xüsusi bəzəklərdən və musiqidən istifadə olunmayacaq!

Qeyd edək ki, ümumi təhsil müəssisələrində ilk dərs "Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

 


qadinkimi.com