
1. Siyasətçilər və bezlər tez-tez dəyişdirilməlidir; eyni səbəbə görə.
2. Həyat qısadır. Qaydaları pozun. Tez bağışlayın. Öpüşəndə tələsməyin. Ürəkdən sevin. Qəhqəhə ilə gülün. Və üzünüzdə təbəssüm yaradan HEÇ NƏ üçün təəssüf etməyin.
3. Mərhəmət - karın eşidə biləcəyi, korun da görə biləcəyi bir dildir.
4. Heç vaxt axmaq adamlarla mübahisə etməyin. Onlar sizi dartıb öz səviyyələrinə salacaq və təcrübələri ilə sizi məğlub edəcəklər.
5. Yaxşı qərarlar təcrübədən qaynaqlanır. Təcrübə isə pis qərarlardan yaranır.
6. Qəzet oxumursansa məlumatsızsan. Oxuyursansa yanlış məlumat alırsan.
7. İnsanları aldatmaq onları aldanmış olduqlarına inandırmaqdan daha asandır.
8. Biz özümüzdə heyran olmalı bir şey görmürük, həmişə gizlicə kiməsə oxşamaq istəyirik. Əgər hər kəs özündən məmnun qalsaydı, onda qəhrəmanlar olmazdı.
9. Əgər səsvermə nəyisə dəyişsəydi, bizə bunu etməyə heç icazə verməzdilər.
10.İnsanları daha yaxşı tanıdıqca, itimi daha çox sevməyə başlayıram.
11.Bu dünyanın problemi o deyil ki, insanlar çox az şey bilirlər. Bu dünyanın problemi insanların bildikləri çox şeylərin əslində heç də elə olmamağıdır.
12.Qadınsız kişi necə ola bilərdi? Natamam, cənablar, natamam.
13.Dürüst siyasətçi oksimorondur.
14.Klassika insanların təriflədiyi, amma oxumadığı kitablardır.
15.Sevgi axtarışında ağlının deyil, ürəyinin səsinə qulaq as.
16.Yaxşı dostlar, yaxşı kitablar və sakit vicdan – ideal həyat bunlardadır.
17.Məsələ dost yolunda ölmək deyil ki. Məsələ, uğrunda ölməyə layiq dost tapmaqdır.
18.Xəyallarınızdan əl çəkməyin. Xəyalsız insan sadəcə mövcud olur, amma yaşamır.
19.Düzünü deyən adamın yaxşı yaddaşa ehtiyacı yoxdur.
20.Hamımız Ay kimiyik. Heç kimə göstərmədiyimiz qaranlıq tərəfimiz var.
21.Acından ölən iti doyuzdursan, o, heç vaxt dönüb səni dişləməz. İtlə insan arasındakı əsas fərq də budur.
22.Hər zaman millətinə sədaqətli ol, hökumətə isə layiq olarsa.
23.Birisigün də görə biləcəyin işi heç sabaha qoyma.
24.Həyatda iki mühüm gün var: biri doğulduğun, digəri də niyə doğulduğunu anladığın gündür.
25.Ürəyinlə məntiqin dili ilə danışa bilməzsən. Onun öz qanunları var və ağlın rişxənd elədiyi şeylərlə döyünür.
26.Qəzet oxumursansa, məlumatsız qalırsan. Oxuyursansa, yanlış məlumat almış olursan.
27.Canlılar arasında ən qəddarı insandır. Həzz almaq xatirinə əzab verən yeganə canlıdır.
28.Oxumayan adam oxuya bilməyəndən üstün deyil.
29.Əsəbi olanda dördə qədər say. Lap əsəbisənsə, söy.
30.Başqasının yerişini yeriməklə ahıl yaşa çata bilmərik. Mənim qaydalarım məni qoruyur, amma səni məhv edər.