SƏNƏT, SEVGİ
Kamran Nəzirlidən "Şəkilüstü söz" Tarix : 18 Fevral 2021, 10:11
Bu gün onun günüdür – ŞAMİL XURŞUD FƏRZƏLİYEVin doğum günü!
 

Azərbaycan ədəbiyyatı və mətbuatının görkəmli nümayəndəsi, ictimai xadim, yazıçı, publisist və dramaturq, SSRİ Yazıçılar və Jurnalistlər İttifaqlarının üzvü, əməkdar jurnalist və mədəniyyət xadimi Şamil Fərzəliyev 1934-cü il fevralın 18-də Ucar rayonunda anadan olub.
51 illik qısa ömür yaşadı, amma ölmədi – yaxşı və xeyirxah əməlləri, silinməz izləri, unudulmaz xatirələri, duzlu-şirin hekayələri, povestləri, romanları, pyesləri, felyetonları, söhbətləri...yaşadı və əminəm ki, bundan sonra da yaşayacaq!
 
 Image result for Şamil Xurşud
Nəvələrindən heç biri onu həyatda görə bilmədi; onlar az qala hər gün onun haqqında xoş sözlər eşidir, xeyirxah əməllərindən yazan vicdanlı qələmdaşları və dostlarının xatirələrini oxuyur, tanınmış ictimai xadim, yazıçı, jurnalist və ağır başlı söz adamı olan babaları ilə hər yerdə qürur duyduqlarını söyləyirlər.
Image result for Şamil Xurşud
 
Şamil Xurşud Fərzəliyevin valideynləri 1918-ci ildə erməni-rus məkrli planı nəticəsində öz dədə-baba yurdlarından - Qərbi Azərbaycanın Qarakilsə rayonunun (1940-cı ilin martında adı dəyişdirilərək Sisian qoyulub) Ağudi kəndindən məcburi köçkün kimi Ucar rayonuna gəliblər. Bu gün müzəffər Azərbaycan Ordusu onların da intiqamını alır, yaxın gələcəkdə də alacaq; və əminəm ki, Baş Komutanın dediyi kimi olacaq - onları qədim torpaqlarımızdan da "iti qovan kimi” qovacağıq!
 
Qoy sənin də ruhun şad olsun, əziz İnsan! Doğum günün və ZƏFƏRin mübarək!


 
Kamran Nəzirli
Bakı, 18 fevral 2021-ci il
qadinkimi.com