KİŞİ KİMİ
İlin siyasətçisi Tarix : 25 Dekabr 2020, 13:47

Rusiyanın "Vedomosti” nəşri "İlin siyasətçisi” xüsusi layihəsinin nəticələrini açıqlayıb.

Adalet.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev nəşrin oxucularının seçimi əsasında "İlin siyasətçisi” elan olunub.

Nəşr bildirib ki, İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inandırıcı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar.

Qeyd edək ki, "İlin siyasətçisi” siyahısına namizədlər arasında Rusiya Prezidenti Vladimir Putin, ABŞ-da prezident seçkisində qalib gələn Cozef Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da yer alıb.

 Son Dakika İlham Aliyev Haberleri - İlham Aliyev Son DakikaIlham Aliyev | Azeriobserver


 
qadinkimi.com